Rusiya-Ukrayna müharibəsi ilə bağlı bu detalı hamı səhv bilir - Danilov GİZLİNLƏRİ AÇDI

Media
11:54 / 15.04.2022
2907
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov səs-küy yaradacaq açıqlamalar verib.
Sfera.az bildirir ki, o, Rusiyanın fevralın 22-də Ukraynaya hücum edəcəyi ilə bağlı əvvəlcədən kəşfiyyat məlumatlarına malik olduqlarını bildirib. Rusiyanın ilk hədəflərindən birinin prezident Vladimir Zelenskinin öldürülməsi olduğunu deyən Danilov fikirlərinə bu cür davam edib:
"Müharibənin ilk günlərində Prezident Aparatı yaxınlığında çoxlu silah səsləri eşidildi. Nə qədər adamın zərərsizləşdirildiyini açıqlamaq istəmirəm. Amma prezidentin mühafizəçilərinə minnətdaram. Çünki Rusiyanın ilk məqsədi Zelenskini öldürmək idi. Bu, onların bir nömrəli məqsədidir".
Danilov, "22 fevral saat 19.20-də müharibənin başlayacağı xəbərdarlığını aldıq. Ancaq müharibənin bu tarixdə başlayacağını açıqlamaq düzgün deyildi. Onların Zelenskidən sonra kimi hakimiyyətə gətirməyə hazırlaşdıqlarını da bilirik”, - deyə əlavə edib.
Qurum rəsmisi Belarus torpaqlarının müharibəyə cəlb olunmasını isə gözləmədiklərini vurğulayıb:
"Hücumlar fevralın 24-də, saat 05:00-da deyil, saat 03:40-da, ilk rus karvanının Luqansk ərazisindən daxil olduğu vaxt başladı. Hazır olmadığımızı deyənlər, sadəcə olaraq, bu işlərdən xəbəri olmayanlardır. Gözləmədiyimiz yeganə şey Belarus torpaqlarının müharibəyə cəlb olunması idi”.
Günay Rəsulqızı
Sfera.az