Koronavirus pasportu da ləğv olunacaq – AÇIQLAMA

Koronavirus pasportu da ləğv olunacaq –  AÇIQLAMA
Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.
 
Artıq ölkədaxili uçuşlar zamanı da sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Maraqlıdır, PCR testinin ləğvi koronavirusa yoluxma sayına hansısa formada təsir edə bilərmi? 

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Mərdan Əliyev PCR testinin bir neçə ölkədən gələn turistlərə tətbiq edilə biləcəyini deyib:
 
"PCR testinin ləğv edilməsinin yoluxma sayına təsiri olmayacaq. Artıq dünya üzrə koronavirusa yoluxmada azalma var və risk göstəriciləri yüksək deyil. Yalnız müəyən ölkələr var ki, həmin ölkələrdən gələn əcnəbiləri müayinələrdən keçirmək, yaxud iki həftəlik karantin rejimində saxlamaq olar. Avropa ölkələrindən gələn turistlərin isə yoluxma ehtimalının yüksək olacağını düşünmürəm. Çində hazırda koronavirusa yoluxma sayı yüksəkdir və oradakı insanlarda immunitet formalaşmayıb. Ona görə Çindən gələn şəxslərə ciddi nəzarət tətbiq edilməlidir".

Həkim yaxın zamanlarda koronavirus pasportunun da ləğv edilə biləcəyinə diqqət çəkib:

"Artıq yaxın vaxtlarda koronavirus pasportu da öz aktuallığını itirəcək. Bir çox ölkədə karantin qaydalarının ləğvi və yoluxma dinamikası bunu deməyə əsas verir. Yalnız payız fəslinə doğru koronavirusa yoluxmada artım ola bilər ki, bu da lokal xarakter daşıyacaq”. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...