Ruslardan müharibənin gedişatını dəyişən SƏHV - Ukrayna generalları belə "ovlayıbmış"

Ruslardan müharibənin gedişatını dəyişən SƏHV - Ukrayna generalları belə
Ukraynanın rus generalları ilə bağlı taktikası bəlli olub.
 
Sfera.az bildirir ki, bu barədə "Ditto” məlumat platformasının direktoru Adam Fiş danışıb. O, Rusiya ordusunun əlində olan hərbi təyinatlı radioların əksəriyyətinin modernləşdirilmədiyini və bu səbəbdən qoşunların əlaqə saxlamaq üçün smartfonlarından istifadə etdiyini deyib: 

"Rusların telefonlarından atəş dəstəyi koordinasiyası və hərbi manevrlər haqqında taktiki məlumat mübadiləsi aparmaq üçün istifadə etmələri onları aydın hədəflərə çevirir”.

Sabiq ABŞ zabiti Con Spenser isə vurğulayıb ki, Ukrayna qüvvələri bu qurğular vasitəsilə edilən kommunikasiyaları dinləyə və bununla da yüksək səviyyəli komandirlərin yerini müəyyən edə bilir. 

"Digital Trends”in suallarını cavablandıran ABŞ generalı Robert Spaldinq bildirib ki, Rusiya ordusu kifayət qədər infrastruktur olmadığı üçün bəzi hallarda hərbi rabitədən məhrumdur: 

"Bütün telefonlara proqram inkişaf dəstəyi məlumatları vasitəsilə asanlıqla əldə edilə bilən rəqəmsal iz qoyulur. Bu məlumatlar digər məlumat parçaları ilə birləşdirildikdə, istifadəçini müəyyən etməyə imkan verən coğrafi yer təmin edir. Rusların mobil telefonlarından istifadə etməsi təəccüblü deyil. Lakin bu, onları meydanda həssas edir”.

Spaldinq Ukraynanın taktikasını addım-addım izah edib: 

"Məsələn, bir bölmənin müəyyən bir yerdə işlədiyini bildiyinizi düşünək, siz həmin yer üçün məlumat ala, sonra oradakı cihazların nə işlə məşğul olduğunu və hara getdiyini izləyə bilərsiniz. Cihazın hara getdiyini izləməklə onun kimə məxsus olduğunu müəyyən etmək mümkündür”.
Ukraynanın bu yolla yüksək səviyyəli rus komandirlərinin yerlərini müəyyən etdiyi və bu adlara qarşı top və ya snayper hücumları ilə nöqtə-vuruş əməliyyatı həyata keçirdiyi bildirilib. 

Spaldinq qeyd edib ki, rəqib qüvvələrin istifadəçiləri müəyyənləşdirməsinin başqa bir yolu da mobil şəbəkənin özünə müdaxilədir: 

”Bu, onlara nəinki məkan məlumatlarını müəyyən etməyə, həm də zəngləri dinləməyə imkan verə bilər. Başqa sözlə, bu üsul sayəsində Ukrayna qüvvələri Rusiya ordusunun hərbi taktikasına və müharibədəki kritik məlumatlara çıxış əldə edə bilərlər”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...