Pakistanın yeni baş naziri Hindistanla sülh istədiyini dedi: “Problemlərin həlli zəruridir…”
17:26 / 13.04.2022
1194
Pakistanın baş naziri Şahbaz Şərif bəyan edib ki, ölkəsi Hindistanla sülh və əməkdaşlıq münasibətləri qurmaq istəyir.
Sfera.az xəbər verir ki, Şərif Tvitter hesabında verdiyi açıqlamada onu baş nazir olması münasibətilə təbrik edən hindistanlı həmkarı Narendra Modiyə təşəkkür edib.
Ölkəsinin Hindistanla dinc və əməkdaşlıq münasibətləri istədiyini qeyd edən Şərif Cammu və Kəşmir də daxil olmaqla, davam edən problemlərin sülh yolu ilə həllinin zəruri olduğunu vurğulayıb.
Qeyd edək ki, Hindistanın Baş naziri Modi dünən Pakistan Milli Assambleyasında baş nazir seçilən Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının (PML-N) lideri Şahbaz Şərifi təbrik edib:
"Biz Mian Məhəmməd Şahbaz Şərifi Pakistanın Baş naziri seçilməsi münasibətilə təbrik edirik. Hindistan terrordan azad regionda sülh və sabitlik axtarır ki, diqqətimizi inkişaf çağırışlarına yönəldək və xalqımızın rifahına təminat verə bilək”.
Əzizə Zeynal
Sfera.az