Quru sərhədlər açılacaq və Rusiyaya uçuşlar bərpa olacaq – AÇIQLAMA

Quru sərhədlər açılacaq və Rusiyaya uçuşlar bərpa olacaq – AÇIQLAMA
Son vaxtlar quru sərhədlərin açılmaması ilə bağlı narazılıqlar artmaqdadır. Xüsusilə ötən ay Rusiyaya uçuşların ləğvi bu məsələni daha da aktuallaşdırıb.
 
Elə ailələr var ki, uçuşlar ləğv edilməmişdən əvvəl Azərbaycana gəzinti üçün gəlib, amma indi geri qayıda bilmir. Dövlət Sərhəd Xidməti vasitəsilə də quru yolla keçid üçün yalnız Rusiya vətəndaşlarına icazə verilir. Bu da yenə öz növbəsində vətəndaşlarımıza problem yaradır.
 
Maraqlıdır, yaxın zaman ərzində Rusiya ilə quru sərhədlərin açılması məsələsi reallaşa bilərmi? 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Cavanşir Paşazadə yaxın zaman ərzində Rusiyaya hava reyslərinin təşkil ediləcəyini və quru sərhədlərin açılacağını deyib:

"Pandemiya ilə əlaqədar olaraq artıq iki ildir ki, qonşu ölkələrlə quru sərhədlər bağlanıb. Xəstəliklə əlaqədar sərhədlərin açıq olması daha böyük problemlər yarada bilərdi. Karantin rejiminin yumuşaldılması istiqamətində hava reysləri mərhələli şəkildə bərpa olunsa da, quru sərhədlər təəssüf ki, açılmadı. Bu da öz növbəsində insanlar üçün müəyyən çətinliklər yaratdı və yaratmaqda davam edir. 

Rusiya ilə hava yollarının bağlı olması bizdən asılı olan məsələ deyil. Bəzi hallarda insanlar bunu anlamayaraq Azərbaycan tərəfini bu məsələdə təqsirkar bilirlər. Bu gün Rusiyada gedən proseslər, Ukraynada davam edən müharibə faktoru hava yollarının açılması üçün ciddi əngəldir. Lakin düşünürəm ki, yaxın zaman ərzində problemlər öz həllini tapacaq. Həm hava, həm də quru yollarının yaxın zamanlarda açılacağını düşünürəm”. 

Qeyd edək ki, quru yolla Rusiyaya keçid üçün vətəndaşların yaşadığı problemlərlə əlaqədar DSX-ə müraciət ünvanlasaq da, sualımız cavabsız qaldı. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...