Conni Depplə bağlı məhkəmədə qorxunc iddialar səsləndi: Aktrisanı 3 gün girov saxlayaraq təcavüz edib

Conni Depplə bağlı məhkəmədə qorxunc iddialar səsləndi: Aktrisanı 3 gün girov saxlayaraq təcavüz edib
Hollivud ulduzu Conni Deppin son məhkəmə prosesində səslənən ittihamlar səs-küyə səbəb olub.
 
Sfera.az bildirir ki, aktyorun və keçmiş həyat yoldaşı Amber Hördün vəkilləri onlar haqqında maraqlı açıqlamalar veriblər. Deppin vəkilləri Amberi "yalan danışmaqda" günahlandırıblar. Hördün vəkilləri isə  məhkəmənin pirat kostyumunun və şöhrətin arxasında gizlənən Deppin əsl sifətinii üzə çıxacağını deyiblər.

Prosesdə ilk olaraq çıxış edən Conninin vəkilləri Hördün "emosional, fiziki, cinsi zorakılıq və təqib” iddialarını rədd ediblər. Vəkillərdən biri olan Benjamin Çyu bunun sübutu olaraq aktyorun Uinona Rayder, Keyt Moss və iki övladı olan Vanessa Paradis ilə əvvəlki münasibətində heç vaxt ona qarşı zorakılıq iddiasının səsləndirilmədiyini bildirib. Digər  vəkil Kamille Vasquez cütlüyün münasibətində şiddətdən əziyyət çəkən yeganə şəxsin aktyor olduğunu deyib. Vəkil bildirib ki, onlar Avstraliyada olarkən Amber Hörd Deppə butulka atıb və nəticədə aktyor əlindən xəsarət alıb. O əlavə edib ki, bunu tibbi rəylər sübut edir.
Məhkəmə zamanı Amberin vəkilləri Conniyə qarşı təəccüblü ittihamlar səsləndiriblər. Hördün vəkillərindən olan Elaine Bredehoft 2015-ci ildə Avstraliyada olarkən Deppin aktrisanı girov götürdüyünü və üç gün zorladığını iddia edib. İddianın heyrətləndirici tərəfi isə həmin vaxt Deppin içki şüşəsindən də istifadə etməsi olub. Vəkil, həmçinin aktyorun 2015-ci ildə - evliliklərinin ilk ilində, bu dəfə də Baham adalarında Hördü təqib etdiyini irəli sürüb: "Conni Amberin həyatını çətinləşdirmək, onu məhv etmək istəyirdi”.

Prosesdə Conninin böyük bacısı Kristi Dembrovski də şahid qismində dinlənilib. 61 yaşlı Dembrovski ifadə verərkən göz yaşlarını saxlaya bilməyib. Kristi analarının kiçik yaşlarında etdiyi emosional və fiziki zorakılıqdan danışıb. O,  analarının əsəbi qadın, atalarının isə mehriban və sakit bir insan olduğunu deyib.

Qeyd edək ki, İngiltərədə açdığı davada uduzan aktyor Conni Depp keçmiş həyat yoldaşı Amberə qarşı ABŞ-da 50 milyon dollarlıq böhtan iddiası qaldırmışdı. Aktrisa isə ulduza 100 milyon dollarlıq əks iddia ilə cavab vermişdi.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...