Azərbaycanda bu avtomobilləri almaq asanlaşacaq: Kredit şərtləri sadələşdirilə bilər

Azərbaycanda bu avtomobilləri almaq asanlaşacaq: Kredit şərtləri sadələşdirilə bilər
Ölkəyə yenidən köhnə avtomobillərin gətirilməsində artım müşahidə olunur. Belə ki, 2016-cı ildə hər 6 avtomobildən 1-nin yaşı 5 ildən az, hər 3 avtomobildən 1-nin yaşı 10 ildən çox, 2020-ci ildə isə, hər 25 avtomobildən 1-nin yaşı 5 ildən az, hər 5 avtomobildən 4-nün yaşı 10 ildən çox olub.
 
Bu artımın səbəbi nədir və köhnə avtomobillərin çoxluğu hansı fəsadlara yol aça bilər?

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər deyib ki, Azərbaycanda avtomobilləşmənin getməsi normal prosesdir – iqtisadiyyat inkişaf etdikcə, əhali sayı çoxaldıqca, nəqliyyat vasitələrinə də ehtiyac artır:

"Lakin Azərbaycanda təəssüf ki, avtomobil parkı köhnə avtomobillər hesabına  daha çox artır. Bu da yaxşı hal deyil. Bunun bir neçə səbəbi var. Ölkəmizə köhnə avtomobillərin gətirilməsinin əsas səbəblərindən biri odur ki, 2015-2016-cı illərdə devalvasiya baş verdi və milli valyutamız dollara nisbətdə bir qədər ucuzlaşdı, dolların kursu yüksəldi. Belə olan halda, manat ekvivalentində yeni avtomobillərin qiyməti yüksəldi – təxminən 2 qat. Buna görə də vətəndaşlar artıq qiyməti ucuz olan köhnə avtomobillərə üstünlük verdilər. Bununla yanaşı, bu avtomobillərin təxminən milyon yarıma qədəri, avtomobilin böyük hissəsi Bakı şəhərində və Abşeronda cəmləşib”.

Müsahibimiz bildirib ki, bu gün Bakıda ictimai nəqliyyatın vəziyyəti heç də ürəkaçan deyil və vətəndaşlar ictimai nəqliyyat zülmündən qurtulmaq üçün 5-10 min manat nağd pul kredit götürüb köhnə avtomobil alırlar:

"Digər tərəfdən, dövlət artıq 2022-ci il yanvarın 1-dən ölkəmizə idxal olunan ekoloji təmiz avtomobilləri əlavə dəyər vergisindən azad edib. Bu da əlbəttə, ölkə daxilində belə avtomobillərin qiymətinin enməsinə gətirib çıxarır. Yaxın gələcəkdə ümid edirəm ki, Azərbaycanda belə avtomobillərin istismarını stimullaşdırmaq üçün dövlət yenə də addımlar atacaq, onlar üçün kredit şərtləri sadələşdiriləcək. Belə olarsa, vətəndaş əlində olan 10-15 min manatla köhnə avtomobil almaz. Köhnə avtomobillərin çox olması, ətraf mühitə böyük ziyan vurur, atmosferə buraxılan karbon qazının miqdarı artır, bu da öz növbəsində insan sağlamlığına zərərdir. Eyni zamanda köhnə avtomobillər qəzaya səbəb olduğu zaman insanlar daha çox ağır xəsarət alır, bu avtomobillər tez-tez xarab olur, yollarda qalır, tıxaclar yaradır. Ümumiyyətlə, köhnə avtomobillərin çox olması həm iqtisadiyyata, həm də ekologiyaya mənfi təsir edir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...