"Ermənistan rəsmiləri verdikləri vədi yerinə yetirməsələr..." - AÇIQLAMA

"Prezident İlham Əliyevin ötən gün Ermənistanın silahlanması ilə bağlı açıqlaması Rusiyaya mesajdır. Çünki Ermənistana pulsuz silah verən, silah almaq üçün kredit ayıran yeganə ölkə Rusiyadır”.
 
Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İlham Əliyev Kremli  xəbərdar edir ki, Rusiya Ermənistanı silahlandırmaqda davam etsə, bu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək:

"Rusiya Ermənistanın Azərbaycan qarşısında hərbi nöqeyi-nəzərdən zəif düşməməsi üçün bu ölkəyə hərbi texnika verməkdə davam edəcək. Bunu açıq və gizli yollarla həyata keçirəcək. Azərbaycan hərbi büdcəsini artırır, Ermənistanın Azərbaycanla bu sahədə yarışması mümkün deyil. Buna görə də Ermənistan Rusiyadan yardım istəyəcək. Kreml keçmişdə olduğu kimi Ermənistanı silahlandırmaqda davam edəcək.

Digər tərəfdən, İlham Əliyev müşavirədə Avropa İttifaqının vasitəçiliyini müsbət qiymətləndirdiyini söylədi. Avropa İttifaqının postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini deyən dövlət başçısı buna misal olaraq Brüsseldə qəbul edilən ortaq bəyanatda "Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini göstərdi. Bəyanatda "Minsk Qrupunun” xatırlanmaması da xeyrimizədir. 

Prezidentin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 prinsipi qəbul edib. Bu o deməkdirmi ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü qəbul edir və Azərbaycana qarşı ərazi iddiasından əl çəkir? Bunu gələcək danışıqlar göstərəcək”.
Politoloq qeyd edib ki, Ermənistan rəsmiləri verdikləri açıqlamalarda yenə də Qarabağın "statusunun” müəyyənləşməsi məsələsini qaldırırlar və onlar bunu daxili auditoriyanı, separatçıları sakitləşdirmək üçün səsləndirirlər:

"Ancaq Ermənistan rəsmiləri qapalı görüş və müzakirələrdə verdikləri vədi yerinə yetirməyəcəklərsə, iki ölkə arasında sülh mümkün olmayacaq.  Brüsseldə  həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların yaradılması razılaşdırıldı. İndi əsas məsələ işçi qrupların fəaliyyətə başlamasını sürətləndirməkdir. Çünki bu prosesə mane olmaq istəyən qüvvələrin sayı çoxdur. Bu Ermənistanın "Qarabağ klanının” simasında radikal müxalifət, Qarabağdakı separatçılar, dünyadakı erməni lobbisi və Rusiyadakı mərkəzlərdir. Bunlar birləşərək Azərbaycanla Ermənistan arasında birbaşa dialoqa və müzakirələrə mane olmağa çalışacaqlar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...