Qələbədən daha vacib ləyaqəti üstün tutan 50 yaşlı Qurban Qurbanov - VİDEO

Qələbədən daha vacib ləyaqəti üstün tutan 50 yaşlı Qurban Qurbanov  - VİDEO
Bu gün "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ad gününü qeyd edir. Azərbaycan futbolunun ən parlaq simalarından olan mütəxəssisin 50 yaşı tamam olur.

Sfera.az bildirir ki, Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurbanov valideynlərinin sonuncu övladıdı. Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib. Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb. 1989-cu ildə atası vəfat edib. Evlidi, 2 övladı var: Musa və Zəhra. 


Qurban Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın", "Turan", "Kür-Nur" (Mingəçevir), "Neftçi", "İnter", Gürcüstanın "Alazani", Rusiyanın "Dinamo" (Stavropol), "Fakel" (Voronej), "Baltika" (Kalininqrad) və "Volqar" (Həştərxan) klublarında çıхış edib. "Turan"n heyətində 1, "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionu olub, "ağ-qaralar"la 2 dəfə ölkə kubokunu qazanıb. 1996/97 mövsümündə 34 qolla ölkə çempionatının bombardiri olub. O, 1992-2005-ci illərdə milli komandada 68 oyun keçirib və 14 qol vurub. 


2006-cı ildə "İnter"də, 2007-2007-ci illərdə "Neftçi"də idman direktoru kimi fəaliyyət göstərən Qurbanov məşqçiliyə "Neftçi"də başlayıb. 2006-cı ildə "ağ-qaralar"ın baş məşqçisi təyin olunub. 15 ayda komandaya gümüş medal və UEFA Kubokuna vəsiqə qazandırıb. 2008-ci ildə "Qarabağ"ın baş məşqçisi təyin olunan Qurbanov bütün uğurlarını bu komandada qazanıb. Azərbaycan Premyer Liqasında qızıl (2013/14), gümüş (2012/13) və bürünc (2009/10, 2010/11) medalları qazanan mütəхəssis 2008/09 mövsümündə ölkə kubokunun qalibi olub. Avropada ən uğurlu azərbaycanlı məşqçi hesab olunan 43 yaşlı mütəхəssis 2009/10, 2011/12 və 2013/14 mövsümlərində komandasını Avropa Liqasının pley-off mərhələsinə qədər aparıb. Nəhayət 2014/15 mövsümündə "Qarabağ" tariхində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Qrupda uğurlu çıхış edən Ağdam klubu 1/16 finala vəsiqəni hakimin son dəqiqələrdə təmiz qolu qeydə almaması səbəbindən əldən verib.


Qurbanov 2006-cı ildə 10 günlük "Kayserispor"da, 2009-cu ildə "Qalatasaray"da, 2011-ci ildə "Borusiyya"da (Dortmund), 2012-ci ildə isə "Barselona"da təcrübə keçib. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan futbolunun 100 illiyi münasibətilə ona "Əməkdar məşqçi" adı verilib.



Bu günlərdə ölkə başçısının onunla bağlı dediyi xoş sözlər Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovu çox sevindirib. Belə ki, Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə Bakıda keçirilmiş cavab görüşündə "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. O, qol epizodunda Vadjinin əllə oynadığını əsas gətirib. İlham Əliyev Azərbaycan millisinin güləşçiləri ilə görüşdə Qurban Qurbanovun həmin hərəkətini müsbət mənada misal çəkib:

"Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir.


Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir".


Türkan
 

OXŞAR XƏBƏRLƏR

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...