Nazirlikdən qurbağa ilə dərsdə təcrübə keçirilməsi görüntülərinə REAKSİYA

Nazirlikdən qurbağa ilə dərsdə təcrübə keçirilməsi görüntülərinə REAKSİYA
"Canlılar üzərində  təcrübələrin aparılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və hər zaman mübahisə doğuran məsələ olub. Lakin etiraf etmək lazımdır ki, bütün tətbiqi elmlər kimi, biologiya və tibb elmləri də eksperimentlər olmadan inkişaf edə bilməz".

Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məsələyə münasibət bildirilib.

"Bununla belə, peşəkar müəllim hər hansı mövzunun dəqiq və əyani izahı məqsədilə belə təcrübələr apararkən (məsələn, VIII sinif biologiya dərsində "Mərkəzi sinir sistemi” mövzusunu öyrənərkən)  şagirdlərlə müvafiq söhbət aparmağı da unutmamalıdır. Yəni şagirdlər aparılan eksperimentin elmə verdiyi töhfələri dərk etməklə yanaşı, canlılara qarşı mərhəmət və şəfqət hissini də itirməməlidir.  "Siz nə hiss etdiniz?”, "Tibb elmi bu cür təcrübələr aparmadan inkişaf edə bilərmi?”, "Bunun alternativləri varmı?” kimi suallar mübahisəli məsələlərə diqqət çəkir, şagirdləri düşünməyə, yeni həllər axtarmağa,  qəddarlıq etməməyə sövq edir"- açıqlamada qeyd edilib.

Qeyd edək ki, Ağdam rayon 71 nömrəli məktəbdə biologiya dərsi zamanı çəkilmiş görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri boğazı kəsilmiş qurbağa ilə dərsdə təcrübə keçirilməsinin doğru olmadığını yazıblar.

 

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...