Emin Əmrullayev şəhid anasına vəzifə verdi - FOTO

Emin Əmrullayev şəhid anasına vəzifə verdi - FOTO
Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru təyin olunub.

Sfera.az-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Arzu Məmmədova 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib. İlk pedaqoji fəaliyyətinə Bakı şəhəri 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi kimi başlayıb.

2010-cu ildə tərbiyə işləri üzrə direktor müavini, 2019-cu ildən isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

A.Məmmədova səmərəli pedaqoji fəaliyyətinə görə bir sıra təltiflərə layiq görülüb. Eyni zamanda inkişafetdirici təlimlərdə iştirak edərək sertifikatlarla təltif olunub.

Qeyd edək ki, şəhid Əlihüseyn Məmmədov 1998-ci ildə Bakı şəhərində anadan olub. Vətən müharibəsində Əlihüseyn Məmmədov Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Vətən müharibəsindəki şücaətinə görə o, "Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda” və  "Cəsur döyüşçü” medalları ilə təltif edilib. (Oxu.az)

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...