Dünyanı yenidən vahimə basır: “Stels-Omikron” qapanmalara səbəb olacaq?

Dünyanı yenidən vahimə basır: “Stels-Omikron” qapanmalara səbəb olacaq?
Son günlər COVİD-19-la bağlı məlumatlar yenidən panikaya səbəb olub. Aprelin 5-nə olan məlumatda "Stels-Omikron” adlı ştamın hazırda dünyanın 109 ölkəsində aşkarlandığı, Çinin Şanxay şəhərində isə, buna görə çox sərt karantin tətbiq olunduğu, insanların hətta evdən çıxmasına qadağa qoyulduğu və şəhərə 38 min tibb işçisinin göndərildiyi bildirilir. Aprelin 7-də isə, ÜST elan etdi ki, pandemiya başlayandan bəri onun mutantları içərisində ən qorxulusu kimi dəyərləndirilən yeni, "XE” ştamı yayılmağa başlayıb.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı tibb elmləri doktoru Musa Qəniyev deyib ki, "Stels-Omikron”, nə də "XE”mutantı yeni deyil:

"”Stels-Omikron” keçən il 11 noyabrda tapılan, 26 noyabrda ÜST tərəfindən təsdiqlənən "Omikron” ştamının nisbi genom fərqliliyi göstərən BA.1, BA.2 və BA.3 kimi 3 subvahidindən biri, yəni BA.2 ştamıdır. "Stels-Omikron”un təhlükəsiz olmasını, hələ bir neçə ay öncə bildirmişdim. Artıq, pandemiya ilə birgə "omikron”un  bu alt növü də, əbədiyyətə qovuşub. Ölünü isə diriltmək mümkün deyil”.

Professor qeyd edib ki, "XE” ştamı da yeni deyil və onu ilk dəfə bu il yanvar ayının 19-da Böyük Britaniyada aşkar ediblər:

"Ona yoluxma sayı cəmi 700 nəfər olub. Bu, koronavirus ştamlarının mutatik dəyişikliyinin nəticəsi kimi əmələ gələn və nisbi genom fərqliliyi göstərən XD, XF və XE kimi 3 oxşar və deltakron kimi hibrid, yəni "bədbəxt” mutantlardan biridir. XD və XL mutantların struktur əsası "Delta” və "Omikron” ştamının BA.1 alt növüdür. Hazırda təbliğ olunan "XE” mutantının struktur əsasını isə "Omikron”un BA.1 və BA2. alt növlərinin bir-birinə çarpaz bağlanması  təşkil edir. Yəni söylədiyim kimi, hibrid adlandırılacaq ştamlardan biridir. Hibrid ştamın isə virulentlik və letallıq əmsalı ana ştamdan dəfələrlə zəif olur. Onlar bir qayda olaraq pandemiyaların sonunda yaranırlar. Nə "Stels-Omikron”, nə də "XE” növlərinin, nəinki təhlükə, hətta narahatlıq törədəcək belə, gücü yoxdur”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...