Çexiya öz ərazisində ABŞ hərbi bazasının yaradılmasını istəyir

Çexiya öz ərazisində ABŞ hərbi bazasının yaradılmasını istəyir
Çexiya öz ərazisində ABŞ hərbi bazasının yaradılmasını istəyir.
 
Sfera.az bildirir ki, bu barədə ölkənin müdafiə naziri Yana Çernoxova məlumat verib. 

ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Çexiya ərazisində ABŞ bazasının qurulmasını tələb edəcəyini deyən nazir, "Təfərrüatlar haqqında danışmaq istəmirəm, amma razılaşma əldə etmək bizim üçün vacibdir”, - deyə bildirib. 

O, həmçinin ABŞ-a səfəri zamanı ölkəsinin bəzi hərbi texnika, xüsusən də helikopterlərin alınması ilə bağlı danışıqlar aparacağını əlavə edib:
"Məqsədim 12-dən çox helikopter almaqdır. Bütün proseslər sürətləndirilməlidir. Biz bütün hərbi texnika istiqamətində müraciətlər üçün növbədəyik, çünki hazırda hər şeyə çox tələbat var”.

Çexiyanın Baş naziri Petr Fiala isə  "Əlbəttə, biz öz təhlükəsizliyimizi təmin etmək, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) şərq cinahını gücləndirmək və bu gün Rusiya prezidenti Vladimir Putinin təcavüzkar siyasətinə qarşı mübarizə aparmaq üçün çalışırıq. Bu, Senat və Nümayəndələr Palatasının təsdiqini tələb edən qərardır və bunun üçün vaxt lazım ola bilər”, - deyə söyləyib.

Digər tərəfdən, ABŞ diplomatik qaynaqlarından alınan məlumata görə, Çexiyada tam hüquqlu ABŞ hərbi bazasının qurulmasının qətiliklə gündəmdə olmadığı öyrənilib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...