Kombi sistemi ləğv oluna bilər? – AÇIQLAMA

Kombi sistemi ləğv oluna bilər? – AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov Bakıda fərdi istilik sistemlərinin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz olunması üçün bir neçə qurumla birgə təşəbbüs irəli sürdüklərini bildirib.
 
Nazirlik rəsmisi kombilərin ətraf mühitə ziyan vurduğunu diqqətə çatdırıb. 

Maraqlıdır, yaxın gələcəkdə kombilərin ləğvi məsələsi reallaşa bilərmi? Ümumiyyətlə belə bir addımın atılması nə dərəcədə düzgündür? 

Mövzu ilə bağlı Sfera.az-a danışan "Azəriqaz” İstehsalat Birliyinin sabiq idarə rəisi, Azad İstehlakçılar Birliyinin Kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov kombi sisteminin ekoloji mühitə ciddi mənada heç bir ziyan vurmadığını bildirib. Ekspert mərkəzləşdirilmiş istilik sistemlərinin bir neçə mənada kombilərdən daha zərərli olduğunu vurğulayıb:

"Bu təklifi irəli sürən şəxsin kim olduğunu bilmirəm, lakin görünən odur ki, həmin şəxsin kimya elmindən, qaz təsərrüfatından xəbəri yoxdur. Mərkəzi istilik sistemi hökumətə ən çox ziyan vuran sistemlərdən biridir. Çünki qaz turbaları çox köhnəlib. Dərnəgüldə qurulan istilik qazanxanası kilometrlərlə yol qət edərək əhalinin evinə çatır. Bu sistem 40-50  il qabaq quraşdırılıb və oradan axan sızmalar hər mənada ziyanlıdır. Sistemdən gələn istilik hardasa 30 dərəcə civarında olur ki, bu da insanları qane etmir. Ona görə də insanlar bu sistemə mənasız yerə pul ödəmirlər və məcbur qalıb başqa qızdırıcılardan istifadə edirlər. İstiliyin pulu ödənilmədiyi üçün həmin mərkəzlərin "Azəriqaz”a,  "Azərişıq" ASC-ə, "Azəristilik” ASC-ə  milyonlarla borcu yaranır. 

Kombi ağıllı, ekonomik cihazdır. Bu cihaz saata 3 kub metr qaz işlədir. Bu havaya ziyan vurma baxımından çox aşağıdır. Açıq havada yanan qazın 50 faizi havaya gedir ki, bununla da karbomonoksid istehsal olunur. Kombilərin ekologiyaya ziyan vurması cəfəngiyyatdır”.

Müsahibimiz yeni istilik mərkəzləri üçün binaların həyətində əlavə yer ayırmağın mənasız olduğuna diqqət çəkib:

"Yeni istilik mərkəzlərinin qurulması üçün gərək binaların həyətində əlavə yerlər ayrılsın.18-20 mərtəbəli bina üçün istilik mərkəzlərinin yaradılması 60 metrdən çox ərazi tələbi edir. Belə olan halda da uşaqlara oynamaq üçün yer qalmır. İstilik qazanxanaları noyabrın 15-dən işə düşür və aprelin 15-dək işlək vəziyyətdə qalır. Sual olunur, qeyd olunan müddətdən əvvəl, yaxud sonra hava şəraiti kəskin dəyişərsə, insanlar nə etməlidir? Noyabrın 1-i qar yağsa, əhali yorğana bürünüb yatmalıdır? Buna görə də ən ağıllı sistem kombi sistemidir və bundan da hamı razıdır. Dövlət indi işğaldan azad olunan ərazilərdə quruculuq işləri ilə məşğul olmalıdır, mənasız sahələrə pul yatırmaq lazım deyil”.  

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...