Putin göstəriş verdi, indi də bu ölkə ilə sərhədə ağır hərbi texnika yerləşdirildi - Yeni müharibə başlayır?

Putin göstəriş verdi, indi də bu ölkə ilə sərhədə ağır hərbi texnika yerləşdirildi - Yeni müharibə başlayır?
Finlandiya və İsveçin NATO-ya daxil olma ehtimalından sonra Rusiya ordusu yenidən hərəkətə keçib.
 
Sfera.az bildirir ki, prezident Vladimir Putinin göstərişi ilə Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirilib. Kremlin sözçüsü Dmitriy Peskov dünən Moskvada verdiyi açıqlamada, NATO-nun münaqişə aləti olduğunu vurğulayıb. O, "NATO sülh və sabitliyi təmin edən bir ittifaq deyil, Alyans münaqişə alətidir. Alyansın daha da genişlənməsi, şübhəsiz ki, Avropada təhlükəsizliyi artırmayacaq", - deyə qeyd edib.

Milli təhlükəsizliyinin təhlükə altına düşəcəyini bildirən Rusiya İsveçin, eləcə də qərb qonşusu Finlandiyanın NATO-ya daxil edilməsinə qarşı olduğunu bildirib.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq aprelin 7-də NATO Xarici İşlər Nazirləri Toplantısındakı çıxışında Ukrayna müharibəsinin aylarla, hətta illərlə davam edə biləcəyini, Finlandiya və İsveçin Alyansa qoşulmaq istəyəcəyi təqdirdə, bu tələbin tez bir zamanda yerinə yetiriləcəyini deyib.

Sözügedən ölkələr 1995-ci ildən Avropa Birliyinin üzvü olsalar da, NATO-nun üzvü deyillər. Rusiyanın Ukraynaya təcavüzündən sonra bu iki ölkənin NATO-ya üzv ola biləcəyi ilə bağlı söz-söhbətlər yenidən gündəmə gəlib.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...