Sevda Yahyayevanın həyat yoldaşından romantik sözlər: "Dəli kimi darıxıram"

Sevda Yahyayevanın həyat yoldaşından romantik sözlər:
Müğənni Sevda Yahyayevanın həyat yoldaşı onunla bağlı romantik paylaşım edib.
 
Sfera.az bildirir ki, Zakir Bayramov sosial şəbəkə hesabından ifaçı ilə fotolarını bölüşərək, onun üçün darıxdığını qeyd edib.

"Təyyarəyə gedərkən sağ tərəfimdə böyük bir boşluğu hiss edirdim. Sən yox idin. Başa düşürəm, bu sadəcə müvəqqəti bir zərurətdir, lakin qəlbim bunu qəbul etmək istəmir. Gözlərim evin hər bir güşəsində səni, qulaqlarım isə sevgi dolu səsini eşitmək üçün otaqlardan asılmış, qəlbim isə istini itirməmək üçün quş tək döyünməkdir. Sənsiz dəli kimi darıxıram, əzizim”, - deyə Bayramov yazıb. 

Onun bu paylaşımına Yahyayevadan reaksiya gəlib: "Mənim nəfəsim. Mən də darıxıram, bunu bilirsən”.

Qeyd edək ki, Sevda Yahyayeva hazırda İstanbuldadır.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR