13 ildir ki... - Putin müharibədəki uğursuzluğa görə Besedanı da həbsə atdı

13 ildir ki... - Putin müharibədəki uğursuzluğa görə Besedanı da həbsə atdı
Rusiya lideri Vladimir Putinin nəhayət ki, axtardığı cinayətkarı tapdığı irəli sürülüb.
 
Sfera.az bildirir ki, bu barədə "The Telegraph” qəzeti yazı dərc edib. 

İddialara görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) xarici kəşfiyyat bölməsinin rəhbəri Sergey Beseda Moskvanın yüksək rejimli Lefortovo həbsxanasına göndərilib. Qəzetin məlumatına əsasən, martın ortalarında Ukraynaya qarşı başladığı müharibədə uğursuz kəşfiyyat və zəif strategiyadan məyus olan Putin 8 generalı işdən çıxarıb, FTX-nin Xarici Kəşfiyyat İdarəsinin rəisi Beseda və onun müavinini ev dustaqlığına buraxıb. 

Ona qarşı irəli sürülən ittihamlar tam bəlli olmasa da, Besedanın ilk dəfə ev dustaqlığına çıxarıldığı zaman pul mənimsədiyi deyilib, həbs cəzasından sonra isə, "dövlətə xəyanət” ittihamları ilə yenidən gündəmə gəlib. Onun həbsdə olması hələlik Rusiya tərəfindən rəsmi olaraq təsdiqlənməyib. "Bellingcat” kəşfiyyat qrupunun Rusiya üzrə aparıcı müfəttişi Kristo Qrozev, Beseda departamentindən daha 150 nəfərin işdən çıxarıldığını və ya həbs edildiyini açıqlayıb.
Beseda Rusiya FTX-nin Beşinci Xidmətinin rəhbəri idi. 1998-ci ildə Putin tərəfindən yaradılan Beşinci Xidmət Rusiyanın işğalını dəstəkləmək üçün ölkədə siyasi baza qurmalı və Kremlə Ukrayna haqqında kəşfiyyat məlumatı verməli idi. FSB ilk növbədə daxili təhlükəsizlik qurumu olsa da, Besedanın rəhbərlik etdiyi departament xarici əməliyyatlar həyata keçirir, xüsusən də qonşu ölkələrdə rusiyayönlü siyasət və təsir şəbəkələri yaradırdı. Bu məqamda Beseda Kiyevdəki siyasi vəziyyətlə bağlı Putinin əsas mənbələrindən biri kimi görünürdü. Son kəşfiyyat hesabatları iddia edir ki, departament Ukraynadakı real vəziyyəti xəbər vermədiyi üçün Putinin qəzəbinə tuş gəlib.

Qeyd edək ki, Beşinci Xidmət 2014-cü il Ukrayna inqilabından sonra işdən çıxarılma dalğası ilə üzləşib, lakin Beseda öz vəzifəsində qalmağı bacarıb. 13 ildir fəaliyyət göstərən Besedanın Putinin çevrəsi ilə sıx əlaqəsi olduğu güman edilir.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi zamanı 9-u komandir olmaqla ağır itkilər verən, gizli hərbi planları ABŞ və İngiltərə kəşfiyyatı tərəfindən ələ keçirilən Putinin yaxın çevrəsində ova başladığı və hər kəsi nəzarət altına aldığı öyrənilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...