Yaponiyada koronavirusun “XE” variantı aşkarlandı

Media
12:49 / 12.04.2022
1439
Yaponiyada COVID-19-un Omikron mutasiyasının "BA.1” və "BA.2” subvariantlarının çarpaz mutasiyası olan "XE” tipli ilk hal təsdiqlənib.
Sfera.az xəbər verir ki, Yaponiya Səhiyyə Nazirliyindən verilən məlumata görə, Tokio yaxınlığındakı Narita hava limanından ölkəyə gələn qadın sərnişində "XE” mutasiyası aşkarlanıb. Adı və milliyyəti açıqlanmayan 30 yaşlarında olan qadının 2 doza "Pfizer-BioNTech” peyvəndi oldunduğu deyilib və xəstənin müayinədən əvvəl heç bir əlamət göstərmədiyi bildirilib.
Məlumatda vurğulanıb ki, Omikron mutasiyasının "BA.1” və "BA.2” alt tiplərinin kombinasiyası kimi tanınan "XE” mutasiyası daha yoluxucudur.
Yaponiyada ölkə miqyasında ümumi yoluxma sayı 7 milyon 84 min 93-dən çoxdur.
Əzizə Zeynal
Sfera.az