Qanunsuz sərnişin daşıyanlar Şamaxinkadan çıxarılır? - "Nəzarət mexanizmi gücləndirilməlidir"

Qanunsuz sərnişin daşıyanlar Şamaxinkadan çıxarılır? -
"Qanunsuz sərnişin daşıyanlarla bağlı nəzarət mexanizmi güclü olmalıdır”.
 
Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki,  hazırda bu istiqamətdəki problemlər aidiyyatı qurumlara məlum olsa da, qarşısını almaq tam mümkün olmur:

"Çünki pandemiya dövründə rayonlararası, şəhərlərarası ictimai nəqliyyat işləmədi. İnsanlar qanunsuz sərnişindaşıyanların imkanlarından geniş şəkildə istifadə etdilər. Bu gün də onları qanuni sərnişindaşıyanlarla səfər etməyə çağırmaq bəzən nəticə vermir. Avtovağzaldan avtovağzala hərəkət etməyi tövsiyə etsək də, baxırıq ki, kənarda gizli yolla xidmət edən, işləyən mikroavtobuslara, taksilərə minib gedirlər. Əslində buna ciddi nəzarət oluna bilər. Onların yığışdığı məkanlar bəllidir – Şamaxinka dairəsi, yaxud avtovağzalın ətrafı, Sabunçu rayonunda, Qaradağ rayonu Lökbatan dairəsində. Onlarla görüş keçirib qanuna əməl etməyə səsləmək lazımdır”.

Müsahibimiz deyib ki, əvvəlcə təbliğat xarakterli söhbətlərin aparılması məqsədəuyğundur:

"Sözügedən şəxslər üçün həm də şərait yaradılmalıdır. Şamaxinkadan bu insanları çıxarsaq, harada dayana bilərlər – bax, bunu düşünmək lazımdır. Beynəlxalq Avtovağzal onlara yer təklif edir ki, gəlin burada xidmət edin və qazancınızın da müəyyən cüzi faizini avtovağzala ödəyin. Bu, bütün dünyada belədir, hansısa ərazidən istifadə edirsənsə, ödəniş etməlisən. Şamaxinkada tıxac yaradıb camaatın əsəbləri ilə oynayırsan, heç kimə də pul ödəmirsən – belə olmalı deyil, axı. Avtovağzal ərazisində onlara imkan yaradılırsa, zəhmət çəkib ərazidən istifadəyə görə ödəniş etməlidirlər. Bundan sonra təbii ki, onlar normal fəaliyyətlə məşğul ola bilərlər, vaxtında tibbi müayinədən keçərlər, avtomobillər normal vəziyyətdə olar. Bu gün yol nəqliyyat hadisələrinə baxsaq, 90 faizi qanunsuz sərnişindaşımalarla məşğul olanların törətdiyi xətalardır. Qanunvericilikdə bununla bağlı elə ciddi boşluq yoxdur, sadəcə icra mexanizmində problemlər var”.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...