Ərdoğan və Putinin görüş yeri bəlli oldu - Açıqlama
12:09 / 12.08.2016
2181
Türkiyənin Moskvadakı səfiri Ümid Yardım Ərdoğanla Putinin növbəti görüşü haqda mətbuata açıqlama verib.
Avropa.info xəbər verir ki, Moskvada təşkil olunan mətbuat konfransında danışan səfir Suriya məsələsi ilə bağlı Türkiyə ilə Rusiya arasında aparılması haqda qərar qəbul edilən danışıqların mütəmadi olması ehtimalının olduğunu deyib.
Yardımın sözlərinə görə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti görüşü sentyabr ayının əvvəlində Çində keçiriləcək dövlət başçılarının G20 zirvəsində görüşəcəklərini deyib.
Səfir həmçinin görüşün hansı formatda keçiriləcəyi haqda danışmaq üçün tez olduğunu deyib.