Vətəndaşlar hansı qurumların Çağrı Mərkəzlərindən narazıdır? - FOTOLAR

Vətəndaşlar hansı qurumların Çağrı Mərkəzlərindən narazıdır? - FOTOLAR
MTM (Media Təhlil Mərkəzi) dövlət və özəl qurumların Çağrı Mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu keçirib.

Sfera.az xəbər verir ki, bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda Çağrı Mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.

Yuxarıdakı meyarlar nəzərə alınmaqla qurumların Çağrı Mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə qiymətləndirilib.

Sorğuda ən yüksək balı Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Energetika, Xarici İşlər, İqtisadiyyat, Təhsil və digər nazirliklər, eləcə də Baş Prokurorluq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi alıb. Belə ki, bu qurumların fəaliyyəti onballıq şkala üzrə 9-10 balla qiymətləndirilib. Bildirilir ki, qurumlar zənglərə operativ cavab verir və zərurət olduqda isə müraciətlər (problemlər) nəzarətə götürülür.

Sorğuda dörd qurumun Çağrı Mərkəzinin fəaliyyətinə isə ən aşağı bal (0-2) verilib. Bunlar Müdafiə Nazirliyi (Xətt daim məşğuldur və çalışmır), Müdafiə Sənayesi Nazirliyi (Nazirliyin əlaqə nömrələri işləmir), "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC (ASC-yə məxsus əlaqə nömrələri fəaliyyət göstərmir), Ombudsman (Çağrı Mərkəzinin nömrəsi işləmir) və Mədəniyyət Nazirliyidir (Qaynar xətt xidməti fəaliyyət göstərmir).

OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...

Deputatdan baş nazirə: Evlər niyə 3 dəfə bahalaşıb?

Hər dəfə yağış yağanda evlər və qəzalı vəziyyətdə olan binalar su içərisində qalır. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə...

Bu, Əliyev və Paşinyan üçün böyük nailiyyət olacaq - Berset

Avropa Şurasının Baş katibi Alen Berset Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayıb. &n...

Hava limanında təyyarə alışdı: Yaralılar var

ABŞ-ın Kolorado ştatının Denver hava limanında ekstremal vəziyyət yaranıb.    Sfera.az bildirir ki, “American Airlines”a məxsus Boei...