Şeyma Subaşı yarıçılpaq FOTOsuna elə bir şərh yazdı ki... - Əvvəllər namaz qılırmış?
14:52 / 11.04.2022
1014
Türkiyəli fenomen Şeyma Subaşının etirafı izləyicilərini təəccübləndirib.
Sfera.az bildirir ki, fenomen sosial şəbəkə hesabında yarıçılpaq fotosunu paylaşıb və mənəviyyatla bağlı fikirlərini qeyd edib. Lakin izləyicilərindən biri, "Müsəlman kimi yaşamaq istəyirsənsə, namaz qıl, içki içmə və narkotik qəbul etmə” şərhini yazaraq onu tənqid edib. Subaşının cavabı isə, daha maraqlı olub: "İllərdir bunu etmişəm, necə hiss olduğunu bilirəm”.
Şeymanın vaxtikən namaz qıldığını öyrənən sosial media istifadəçiləri təəccübləniblər. Digər tərəfdən Ramazanda fenomenin bu cür paylaşımı bir çoxları tərəfindən tənqid edilib. İzləyiciləri Şeymaya "şəklin yazıya nə dəxli var, heç olmasa, Ramazanda çılpaq poza paylaşmayın” şərhini qeyd ediblər.
Türkan
Sfera.az