Bakıda qaz balonları ilə bağlı TƏHLÜKƏ daha da artdı: "Heç bir qurumun səlahiyyəti yoxdur"

Bakıda qaz balonları ilə bağlı TƏHLÜKƏ daha da artdı:
Gecə klubunda baş verən partlayış hadisəsi propan qaz balonlarının təhlükəsi ilə bağlı məsələni gündəmə gətirdi. Bu hadisədən sonra ictimai-iaşə obyektlərində, kafə və restoranlardan propan qaz balonlarının yığılması üçün əlaqədar qurumlar reydlər keçirdilər, sahibkarlara qaz balonlarının obyektlərdən kənarlaşdırılması barədə xəbərdarlıq edildi.
 
Bəs, qaz balonlarını kimlər və necə kənarlaşdıracaq?

Bununla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sfera.az-a açıqlamasında deyib ki, heç bir dövlət qurumuna belə səlahiyyət verilməyib. Onun sözlərinə görə, nə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin, nə "Azərqaz"ın, nə də Energetika nazirliyinin bununla bağlı səlahiyyəti var:

"Bu qaz balonlarını obyektlərdən aparmaq üçün hansısa qurumun səlahiyyəti olmalıdır. Daşınması üçün xüsusi maşınlarda və bununla bağlı ayrılmış xüsusi yerə, poliqona aparılmalıdır. Orada istifasəsi yararsız olan bu qaz balonlarının utilizasiyası reallaşdırılmalıdır. Ancaq indiki halda bu qaz balonlarının obyektdən aparmaq üçün heç bir qurumun səlahiyyəti yoxdur. Qaz balonlarının doldurulması, daşınması, ünvanlarda quraşdırılması və onlara texniki qulluğun göstərilməsinə hansı qurum nəzarət edir? İnsanlar rahatlıqla yanacaqdoldurma məntəqələrindən bu balonları doldurur və şəxsi maşınla daşıyır. Hansısa qurum obyektlərdən yığışdırıb aparsa belə, bu qaz balonlarını hara aparacaq, necə utilizasiya edəcək?”.

Müsahibimiz bildirib ki, bu işlərin həyata keçirilməsi üçün qanun layihəsinin qəbulu və mövcud qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var:

"Qanun layihəsində bu işləri görəcək qurum göstərilməlidir. Bu gün isə, qaz balonlarını obyektdən kənarlaşdırmaq vətəndaşın ixtiyarına qalıb. Vətəndaş da qaz balonunu öz şəxsi maşınına qoyub aparır, ya evində, həyətində ya da, obyektin çölündə saxlayır. Belə olan halda, təhlükə yenə də qalmaqda davam edir. Yenidən istifadəsi aşkar olunarsa, cəmi 30 manat cərimə olunmaqla canlarını qurtaracaqlar”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...

Deputatdan baş nazirə: Evlər niyə 3 dəfə bahalaşıb?

Hər dəfə yağış yağanda evlər və qəzalı vəziyyətdə olan binalar su içərisində qalır. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə...

Bu, Əliyev və Paşinyan üçün böyük nailiyyət olacaq - Berset

Avropa Şurasının Baş katibi Alen Berset Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayıb. &n...

Hava limanında təyyarə alışdı: Yaralılar var

ABŞ-ın Kolorado ştatının Denver hava limanında ekstremal vəziyyət yaranıb.    Sfera.az bildirir ki, “American Airlines”a məxsus Boei...