Pasportlarda üçüncü cinsiyyət kateqoriyası rəsmiləşdi: Kişi, qadın və "X"

Media
12:30 / 11.04.2022
1538
ABŞ gender bərabərliyi istiqamətində daha bir addım atıb.
Sfera.az-ın məlumatına görə, bundan sonra ABŞ vətəndaşlarının pasportlarında "X” adlı yeni cinsiyyət göstəricisinin olacağı bildirilib.
Bu gündən etibarən ABŞ vətəndaşları pasport ərizələrində cinsiyyətlərini qeyd edərkən kişi və ya qadın olduqlarını qeyd etmək məcburiyyətində olmayacaqlar, onlara "X" xanasını seçmək hüququ veriləcək.
Bayden administrasiyasının üçüncü seçim qərarı ilə amerikalıları transgenderlərin əleyhinə olan bəzi ştat qanunlarına qarşı qorumağı hədəflədiyi qeyd edilib. Siyasi fəallar isə yeni tətbiqi dönüş nöqtəsi kimi qiymətləndiriblər.
ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, cinsin "X” kimi qeyd edilməsi variantı gələn il pasportdan başqa sənədlərə də şamil olunacaq.
Qeyd edək ki, ötən ilə qədər ölkədə cinsiyyət dəyişikliyini pasportunda əks etdirmək istəyənlər əvvəlcə həkimdən sənəd almalı idilər. Oktyabr ayında uzun sürən hüquqi mübarizədən sonra ilk dəfə Kolorado ştatında bir şəxsə cinsiyyət kateqoriyasında "X" olan pasport verilib.
Günay Rəsulqızı
Sfera.az