Rusiya ordusunun uğursuzluğunun 9 SƏBƏBİ

Rusiya ordusunun uğursuzluğunun 9 SƏBƏBİ
Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya ordusu 46 gün ərzində həm müharibədə qalib gələ bilmədi, həm də ağır itkilər verdi. 
 
Dünyanın ən güclü ordularından biri kimi tanınan Rusiya ordusunun Ukraynada gözlənilməz müqavimətlə qarşılaşması və qısa zamanda istədiyini ala bilməməsi gündəmdədir.

Dünya mətbuatı ağır itkilərə məruz qalan Rusiya ordusunun müharibədəki uğursuzluğunun səbəblərini araşdırıb. 

Sfera.az xəbər verir ki, ABŞ-ın məşhur "Washinqton Post” qəzeti Rusiya ordusunun uğursuzluğa düçar olmasına gətirən 9 səbəbini oxucularına çatdıraraq regiondakı vəziyyət haqqında müfəssəl məlumat verib.

1.Ukraynanın müqavimət potensialını ciddiyə almadılar

Qəzetin yazdığına görə, ən böyük səhv ukraynalıların müqavimət qabiliyyətini lazımınca qiymətləndirməmək olub. Rusiya tez və asan qələbə qazanmağı planlaşdırsa da, Ukrayna buna Qərbin silahları ilə cavab verib. Təkcə ordu qüvvələri deyil, həmçinin mülki şəxslər Rusiyanın irəliləməsini əngəlləməyə çalışdılar.

2.Rusiya əsgərləri hazır deyildilər

Əsir düşən rus əsgərlərinin ifadələrinə əsasən, bir çox bölmə Ukraynaya daxil olacaqlarından xəbərsiz olub. Onlardan bəziləri müharibənin onlara hərbi təlimdə iştirak kimi təqdim edildiyini qeyd ediblər. Digərləri isə təkcə Donbas bölgəsinə göndərildiklərini bilirdilər. Rus əsgərləri bu müharibəyə psixoloji cəhətdən hazır deyildilər.

3.Qida cəhətdən çatışmazlıq yaşadılar

Rus qoşunları qarşılaşdıqları şəraitə də hazır deyildilər. Özləri ilə götürdükləri iki həftəlik qida ehtiyatı tez tükəndi. Müharibənin gedişatında rus əsgərlərinin yanacaqları bitdiyi üçün yol kənarında əlacsız və ac vəziyyətdə qaldıqlarını və əsgərlərin dükanları qarət etdiyini əks etdirən videolar ortaya çıxdı.

4. Logistik çatışmazlıqların fərqinə varmadılar

Qoşunların ərzaq və digər təchizatları tükəndikdə komandirlərin hər hansı planı yox idi. Bu səbəblə tanklar hərəkətsiz qaldı.

5.Ukraynanın havadan müdafiə sistemini təsirsiz hala sala bilmədilər

Hərbi ekspertlərin fikrincə, rus qüvvələri sərhədi keçməzdən əvvəl Ukraynanın hava hücumundan müdafiə sistemlərinin məhv ediləcəyini gözləyirdilər. Onlar hava dəstəyi olmadan Ukraynaya daxil oldular. "Washington Post” bunu komandirlərin aşağı dərəcəli müqavimətlə qarşılaşacaqlarını səhv hesablamaları ilə əlaqələndirir. Ukrayna hərbi təyyarələrinin işğaldan 7 həftə sonra hələ də havada olduqları qeyd olunur.

6.Müharibədə cəbhələrin çox açılması

İşğal dörd cəbhədə - şimalda Kiyevə, şimal-şərqdə Xarkova, şərqdə və cənubda Krıma doğru başladıldı. İlk müqavimət başlayanda qoşunlar ölkə sərhədləri boyunca düzülmüşdü. Bu, onsuz da qeyri-kafi təchizat xətlərini genişləndirdi.

7.Əlaqə vasitələri təhlükəsiz deyildi

Ruslar böyük bir müharibəyə daxil oldular. Kommunikasiya üçün mobil telefonlar və köhnə radiolardan istifadə etdilər. Bununla da ukraynalılar rusların cəbhədəki hərəkətləri ilə bağlı mesajların qarşısını aldılar. Qəzet yazır ki, 7 rus generalından bir neçəsi ukraynalılar onların mövqeləri ilə bağlı mesajları əldə etdikləri üçün həlak olublar.

8.Komanda zəncirindəki qopmalar

Ekspertlər qeyd edirlər ki, Rusiyanın mərkəzləşdirilmiş ordusu meydandakı əsgərlərə qərar qəbul etmək və ya əmr vermək səlahiyyəti vermirlər. Cəbhədə çətinliklərlə üzləşən qoşunlar Moskvada öz rəislərinin əmrini gözləməyə məcbur olurlar.

9.Rusiyanın ikinci planı yoxdur

Rusiya qoşunları açıq şəkildə müqavimətlə qarşılaşacaqları ssenariyə hazır deyildilər. Görünən budur ki, onların hər hansı B planı yox idi. Əvəzində qoşunlar əvvəlcə əmr edildiyi kimi irəliləməyə davam etdilər. Bu da onları asan şəkildə hədəfə çevirdi.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...

Deputatdan baş nazirə: Evlər niyə 3 dəfə bahalaşıb?

Hər dəfə yağış yağanda evlər və qəzalı vəziyyətdə olan binalar su içərisində qalır. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə...

Bu, Əliyev və Paşinyan üçün böyük nailiyyət olacaq - Berset

Avropa Şurasının Baş katibi Alen Berset Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayıb. &n...

Hava limanında təyyarə alışdı: Yaralılar var

ABŞ-ın Kolorado ştatının Denver hava limanında ekstremal vəziyyət yaranıb.    Sfera.az bildirir ki, “American Airlines”a məxsus Boei...