Xaricdə təhsil dərdi: Bu şəxslərin diplomu Bakıda niyə tanınmır? VİDEO

Xaricdə təhsil dərdi: Bu şəxslərin diplomu Bakıda niyə tanınmır? VİDEO
Bu şəxslərin bəziləri Rusiya, bəziləri Ukrayna, bir hissəsi isə Belarusda tibb təhsili alıb. İndi isə ölkəmizə qayıdan gənclər sahələri üzrə fəaliyyət göstərə bilmədikləri üçün şikayətçidirlər.

Onların 6 illik baza təhsili tanınsa da, ixtisasları Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmir. Buna görə də hazırda heç bir xəstəxanada həkim kimi fəaliyyət göstərə bilmirik.

Sayca 42 nəfər olduqlarını deyən bu gənclər özlərinin təkliflərini də irəli sürüblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin aparıcı məsləhətçisi Nərmin Adıgözəlzadə "Xəzər Xəbər"ə bildirib ki, sözügedən vətəndaşların təhsil aldıqları proqramla ölkəmizdəki proqram çox fərqlidir və buna görə də onlar üçün məhdudiyyətlər yaranıb. Bu şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılması üçün Səhiyyə Nazirliyi tərəfindən layihə hazırlanaraq, Təhsil Nazirliyinə təkliflər göndərilib.

Bütün müraciətlər nəzərə alınaraq, Səhiyyə Nazirliyində kollegiya iclası keçirlib və nazirliyin müvafiq komissiyasına təklif olunan layihə təsdiq olunana qədər mövcud vəziyyətin tənzimlənməsi üçün həmin şəxslərin ixtisasları üzrə biliklərinin və praktik bacarıqlarının qiymətləndirilməsi tapşırılıb. 

Komssiyanın qərarına əsasən, müraciət edən şəxslərin xaricdə təhsil aldıqları ixtisasları üzrə ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması məsələsi müəyyən ediləcək. Eyni zamanda səhiyyə nazirliyndən bildirilib ki, komissiyanın işinə nəazrəti səhiyyə naziri birbaşa öz üzərinə götürüb.


Təhsil Nazirliyindən isə bildiriblər ki, məsələyə baxılacaq və müvafiq rəy bildiriləcək.

 

OXŞAR XƏBƏRLƏR

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...