Ruslar Türkiyəyə axın edir – Bir çanta pulla gəlib 4 mənzil alırlar…

Media
16:15 / 09.04.2022
1219
Rusiyanın Ukraynaya təcavüzündən
sonra Türkiyə Qərbin sanksiya tətbiq etdiyi rus oliqarxları və Rusiyadan qaçan
varlılar üçün təhlükəsizlik sığınacağına çevrilib.
Sfera.az xəbər verir ki, ABŞ-da nəşr olunan "Wall
Street Journal” Rusiyadan qaçan zənginlərin pul dolu çantalarla Türkiyəyə gəldiyini
və eyni vaxtda buradan 4 mənzil aldığını iddia edən xəbər yayımlayıb.
Məlumatda Rusiyanın
Ukraynaya təcavüzünün başladığı fevral ayından bu yana minlərlə rusun Türkiyəyə
köçdüyü açıqlanıb. Ölkədən qaçan rusların böyük əksəriyyətinin İstanbul və ya
Antalyaya üstünlük verdiyi vurğulanıb.
Bəzi Rusiya vətəndaşlarının
Türkiyədə vətəndaşlıq hüququ əldə etmək üçün eyni vaxtda 4 mənzil aldığı da xəbərdə
bildirib. Ev satışı ilə məşğul olan şəxslər rusların ödəməni nağd pul, yaxud qızıl ilə etdiklərini deyib.
Əzizə Zeynal
Sfera.az