Lavrovun planı: Rusiya "mərkəz xətti"ndə olmağa çalışır

Lavrovun planı: Rusiya
Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında Qarabağdakı durum barədə də danışıb. O, "Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır. Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq", - deyə bildirib.
 

Sfera.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib.


Onun sözlərinə görə, Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra nazirlər səviyyəsində belə təmas gözlənilən idi:

"Çünki Kreml regional proseslərin nəzarətindən kənar olmasını istəmir. Rusiya bölgədəki təsir gücünün tədricən azaldığını özü də bilir. Odur ki, "ofsayt"a düşməmək, əksinə, "mərkəz xəttində" olmaq üçün çalışır. Bu mənada Lavrovun açıqlamasının səmimiliyi şübhə doğurur. Ən azından ona görə əvvəllər Moskvanın ikiüzlülüyü, hətta onun öz imzasına etinasız yanaşması ilə bağlı kifayət qədər fakt görmüşük.

Aydındır ki, Qarabağ məsələsində Qərbin, o cümlədən Aİ-nin fəallaşması Rusiyanın maraqlarına uyğun deyil. Yəni Lavrov ermənistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransı zamanı köməyini təklif edəndə daha uzaqgörən davranmağa çalışırdı. Kreml kömək adı ilə proseslərə qoşulmağa və regionda "suların durulmasına" mane olmağı istəyə bilər.
 
İkinci bir tərəfdən bu təşəbbüs Ermənistanın addımlarına nəzarət etməyə, forpostuna təzyiqlərin artırılmasına hesablanır. Çünki İrəvan-Ankara arasında diplomatik əlaqələrin bərpası, həmçinin Paşinyan hakimiyyətinin Qərbə meyli Kremli narahat edir”.

Ekspert qeyd edib ki, sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiyada Moskva da yer almağa çalışır:

"Məqsəd isə yenə də proseslərdə "düyün"lər yaratmaqdır. Bütün hallarda Rusiyanın Cənubi Qafqazdakı sülh və sabitlikdə maraqlı olduğu ağlabatan deyil. Geosiyasi mənzərə müəyyən mənada dəyişsə də, Kremlin regionla bağlı uzunillik maraqları dəyişməz olaraq qalmaqdadır”.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...

Deputatdan baş nazirə: Evlər niyə 3 dəfə bahalaşıb?

Hər dəfə yağış yağanda evlər və qəzalı vəziyyətdə olan binalar su içərisində qalır. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə...

Bu, Əliyev və Paşinyan üçün böyük nailiyyət olacaq - Berset

Avropa Şurasının Baş katibi Alen Berset Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayıb. &n...

Hava limanında təyyarə alışdı: Yaralılar var

ABŞ-ın Kolorado ştatının Denver hava limanında ekstremal vəziyyət yaranıb.    Sfera.az bildirir ki, “American Airlines”a məxsus Boei...