Koronavirus Çinə yenidən qayıdır: Dünyanı hansı təhlükə gözləyir?

Koronavirus Çinə yenidən qayıdır: Dünyanı hansı təhlükə gözləyir?
"Virusun yayılma gücü bir çox ölkədə, o cümlədən Azərbaycanda azalarkən koronavirus Çinə yenidən qayıdıb. 25 milyon əhalisi olan Şanxay şəhərində gündəlik yoluxma sayı 20 minə çatıb. Bu, koronavirus ilk dəfə Çində qeydə alındığından dəfələrlə çoxdur”.

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Çin hakimiyyəti iki il öncə olduğu kimi kütləvi şəkildə əhalinin məcburi test edilməsinə başlayıb:

"Çin hökuməti eyni zamanda şəhərin milyonlarla sakininə evdən çıxışa qadağa qoyub. Aprelin 8-dən Şanxay hərbi rejimə keçib. Şəhərə ordu birlikləri yeridilib. Çünki qadağalara etiraz edənlər küçələrə çıxmağa çalışırlar. Xəstələri böyük stadionlarda yerləşdirirlər.

BBC-nin məlumatına görə, şəhər əhalisi ərzaq və dərman almaqda çətinlik çəkir. İnsanlar ərzağın evlərə çatdırılma xidmətlərindən istifadə edirlər. Ancaq sifariş o qədər çoxdur ki, çatdırılma şirkətləri bu yükün altından çıxa bilmirlər. Şanxayda çatdırılma xidmətlərinin 11 min əməkdaşı 25 milyon insanın sifarişini yerinə yetirə bilmir. Nəticədə Şanxay kimi böyük və müasir şəhərdə aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb. Şanxay sakinlərindən birinin sosial şəbəkədə yazdığına görə, 17 gündür karantindədir və qidalanmayla bağlı ciddi problemlərlə üzləşib. Problemi gərginləşdirən həm də odur ki, Şanxayın evlərinə qapadılan yaşlı sakinləri mobil telefon və internetdən istifadə edə bilmirlər və nəticədə onlar çatdırılma xidmətlərinin imkanlarından istifadə edə bilmirlər”.

Ekspertin sözlərinə görə, Şanxay Çin iqtisadiyyatının lokomotivi sayılır:

"Şanxaydakı ağır vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Rusiya, İran və Venesuellaya məxsus neftlə dolu tankerlər Çinin sahillərinə yaxınlaşa bilmirlər. Söhbət təxminən 22 milyon barel neftdən gedir. Şanxaydakı durum göstərir ki, Çinin iki il əvvəl həyata keçirməyə başladığı qapanma siyasətinin nəticəsi yox idi. Ancaq digər dövlətlər ötən dəfəki səhvi təkrarlamamaq üçün Çinlə gediş-gəlişə nəzarət etmək məcburiyyətindədirlər”.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...

Deputatdan baş nazirə: Evlər niyə 3 dəfə bahalaşıb?

Hər dəfə yağış yağanda evlər və qəzalı vəziyyətdə olan binalar su içərisində qalır. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə...

Bu, Əliyev və Paşinyan üçün böyük nailiyyət olacaq - Berset

Avropa Şurasının Baş katibi Alen Berset Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayıb. &n...

Hava limanında təyyarə alışdı: Yaralılar var

ABŞ-ın Kolorado ştatının Denver hava limanında ekstremal vəziyyət yaranıb.    Sfera.az bildirir ki, “American Airlines”a məxsus Boei...