Erməni təxribatçılar Qarabağdan çıxarılır? – AÇIQLAMA

Erməni təxribatçılar Qarabağdan çıxarılır? – AÇIQLAMA
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil edilən görüşdən sonra Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması məsələsi aktuallaşıb.
 
Bu prosesin sürətləndirilməsini zəruri edən məsələlərdən biri də sözgedən qüvvələrin tez-tez təxribatlara əl atmasıdır.
 
Maraqlıdır, erməni silahlı qüvvələrinin çıxarılması yaxın zamanlarda gerçəkləşə biləcəkmi?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Naqif Həmzəyev sülhməramlıların təxribatçıları zərərsizləşdirməli olduğunu bildirib:
 
"44 günlük müharibədə Azərbaycanın zəfər qazanması regionla bağlı yeni reallıqlar yaradıb. Ermənistanda bu reallıqlarla barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələr isə regionda davamlı sülhün yaranmasına təhdid olaraq qalmaqdadır. Onlar Azərbaycanla yeni müharibəyə hazırlaşmaq, itirilmiş hesab etdikləri torpaqları yenidən geri almaq istəyirlər. Təəssüflər olsun ki, məlum hadisə də bu məqsədə xidmət edir. Lakin istənilən halda regionda xidmət aparan Rusiya sülhməramlıları baş verənlərdən nəticə çıxarmalı və ermənilərin Azərbaycan ərazisindəki qeyri-qanuni birləşmələrini zərərsizləşdirmək yönündə hərəkətə keçməlidir”.
 
Millət vəkili əks halda Azərbaycanın antiterror əməliyyatlarına başlamaq hüququnu özündə saxladığını xatırladıb:
 
"Baş verənlərlə bağlı tədbirlər görülməyəcəyi təqdirdə Azərbaycanın antiterror əməliyyatı keçirməyə tam hüququ çatır. Lakin prosesin bu məcrada inkişaf edəcəyini düşünmürəm. Belə ki, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi, komissiyanın fəaliyyətinin nəticələri qısa müddətdə hər kəsə məlum olacaq. Belə ehtimal var ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və sülh danışıqlarına başlanılsın.
 
Azərbaycan öz mövqeyində qətidir. Bu tarixdən sonra bizim üçün regionda sülh və sabitlik lazımdır. Regionda kommunikasiyaların açılması, iqtisadiyyatın inkişafı, insanların sosial rifahının yaxşılaşdırılması prioritetdir. Ermənistan tərəfi də bunu anlayır. Əgər onlar Azərbaycanın sülh təklifini qəbul etməsələr, özlərinin acı aqibətlərini sürətləndirmiş olacaqlar”. 
 
Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Boşanıb 50 il sonra yenidən evləndilər - Maraqlı SEVGİ HEKAYƏSİ

ABŞ-dən olan yaşlı kişi və qadın boşandıqdan 50 il sonra evləniblər.   Sfera.az xəbər verir ki, bu barədə KARK.com yazıb.   Fey Qeybl və Rober...

Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq

Bakının Baş planına əsasən, şəhərin müxtəlif ərazilərində sosial infrastruktur genişləndirilir, əsaslı tikinti və abadlaşdırma işləri aparılır. Davam edən prose...

Mehriban Əliyevadan Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım edib.  ...

Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür.   Sfera.az-ın məlumatına görə, Ulu Öndərin vəfatından 21 il ötür. ...

Türkiyədə turist yoldaşını girov götürdü

İstanbulda qeyri-adi və narahatedici hadisə baş verib. Belə ki, span turist öz yoldaşını girov götürüb. Sfera.az xəbər verir ki, hadisə Fatih ərazisində ye...

Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi

Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxın qızıl və xeyli pul alan şəxs həbs edilib.   Hadisə Xətai rayonu Süleyman Vəziro...