ABŞ kəşfiyyatından MÜHARİBƏ XƏBƏRDARLIĞI: “Putin və Ərdoğan Qarabağda...”

ABŞ kəşfiyyatından MÜHARİBƏ XƏBƏRDARLIĞI: “Putin və Ərdoğan Qarabağda...”

Henri Kssincer deyirdi: "Beynəlxalq münasibətlərdə daimi dost və düşmən yoxdur, yalnız maraqlar var”. Ərdoğanla Putinin yaxınlaşmasında bu ifadə bir daha gündəmə gəlir.


Publika.az xəbər verir ki, ABŞ kəşfiyyatının "kölgəsi” hesab edilən "Stratfor” mərkəzi Ərdoğan və Putin yaxınlaşmasının regionda heç nəyi dəyişməyəcəyini yazıb: "Geosiyasi dinamika əvvəlki gərginliyi ilə davam edir. İqtisadi sferada Rusiya və Türkiyə xeyir qazanır. Rusiya qazı Türkiyədən keçərək, Avropaya gedə bilər. Burada Ukrayna kənarda qalacaq. Faktiki olaraq Türkiyə bu proseslərdə iqtisadi itkilərə məruz qalmır, əksinə qazanır. Lakin digər məqamlar vəziyyəti mürəkkəbləşdirir”.

 

Suriya: qırılma nöqtəsi
 

"Stratfor” qeyd edir ki, Hələbdə hazırda gedən döyüşlər hazırkı rus-türk münasibətlərinə ziddir.

"Türkiyə Suriyada sünniləri, Rusiya isə onlara qarşı olan Əsədi dəstəkləyir. Bu güclər strateji qiymətə malik olan Hələb uğrunda döyüşü davam etdirir. Hələb üzərində nəzarəti möhkəmləndirmədən heç bir tərəf danışıqlar masasına oturmayacaq”, - deyə mərkəz qeyd edib.
 


Ankara və Moskva Qarabağda...
 

Məqalədə bildirilir ki, Türkiyə hazırda Rusiya üçün Qara dənizdə NATO-nu zəiflətmək, həmçinin, Qafqazı əldə etmək üçün lazımlıdır: "hansı ki, Moskva Dağlıq Qarabağ münaqişəsi üzərindən bu regionda öz təsirini gücləndirməyə çalışır. Türkiyə də bu münaqişədə iştirak etmək niyyətindədir. Moskva anlayır ki, Türkiyə olmadan regionda öz istədiyinə tam nail ola bilməyəcək. Buna görə də Türkiyəni neytrallaşdırmaq istəyir”.
 


Ərdoğan və Putin
 

"Stratfor” yazır ki, bu iki liderin ambisiyaları böyükdür: "Onlar özlərini tamamilə milli maraqlara həsr edib və bunun üçün bütün vasitələrdə istifadə edirlər. Bu, Rusiya və Türkiyənin maraqlarının qarşıdakı dövrdə toqquşa biləcəyini göstərir”.

 



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Şamaxıda 3.4 bal gücündə zəlzələ olub.     Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmol...

Ukrayna Berlin kimi bölünəcək? – Trampın elçisindən qəribə açıqlama

“Ukraynada İkinci Dünya müharibəsindən sonra Berlində olduğu kimi bir Rusiya bölgəsi, bir Fransız bölgəsi və bir İngilis bölgəsi formalaşdırmaq olar&rdquo...

İlham Əliyev nəvələri ilə birlikdə idman edərkən görüntüləndi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovlar babaları, Azərbaycan Prezidenti İlham Əliyevlə idman zalından mara...

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

İlin sonunda "İnter Mayami" ilə müqaviləsi başa çatan Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.     Sfera.az xəbər verir...

Bakıda maşın maneəyə çırpıldı, 2 nəfər xəsarət aldı - FOTO

Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.   Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Sf...

"Beşiktaş"da maliyyə böhranı dərinləşir: Borc 15 milyardı ötdü

Türkiyənin ən köklü və uğurlu futbol klublarından olan "Beşiktaş" son illərdə ciddi maliyyə çətinlikləri ilə üzləşib. Klubun 31 dekabr 2024-cü il tari...