Qəbələyə 3 milyon manat ayrıldı
19:07 / 11.08.2016
2138
Prezident İlham Əliyev avqustun 11-də "Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.