Avropada marixuana leqallaşdırıla bilər – 3 milyard avroluq gəlir
Media
14:28 / 07.04.2022
1439
Avropada əhalinin yarıdan çoxu böyüklər üçün marixuana istifadəsinin leqallaşdırılmasını dəstəkləyir.
Sfera.az xəbər verir ki, sorğuya görə avropalıların təxminən 30 faizi narkotiki ala biləcəklərini deyir.
ABŞ-da marixuana ticarətinin və istifadəsinin qanuniləşdirilməsinin əhəmiyyətli iqtisadi faydalarının olduğu düşünülür.
Londonda yerləşən "Hanway və Curaleaf International” konsaltinq şirkətlərinin hesabatına görə, avropalıların əksəriyyəti marixuana yetişdirən və satan ticarət dükanlarını dəstəkləsə də, bitkinin evdə yetişdirilməsinin tərəfdarı deyil. Yəni arzu edilir ki, bu, ancaq dövlətin nəzarəti altında həyata keçirilsin.
"Prohibition Partner”s araşdırma firmasının hesabatına görə, Avropa marixuana bazarının illik gəlirinin 2025-ci ilə qədər 3 milyard avronu keçəcəyi gözlənilir.
Əzizə Zeynal
Sfera.az