Bu ölkələri məhkəməyə verəcəyik - Medvedev
13:13 / 07.04.2022
1494
Rusiya Təhlükəsizlik
Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın sanksiyalara qarşı qanuni
addım atacağını deyib.
Sfera.az xəbər verir
ki, Medvedev bəzi ölkələri məhkəməyə verəcəklərini deyib:
"Opponentlərimiz
anlamalıdırlar ki, həm milli, həm də beynəlxalq məhkəmələrdə çox sayda iddialarla üzləşəcəklər. Xaricdəki rus mülklərinə əl qoyulma cəhdləri səbəbilə
məhkəmə yolu ilə mübarizə aparacağıq”.
Qeyd edək ki, müharibə
başlayandan bəri 56 yaşlı Medvedev sərt bəyanatlarla şura sədrinin müavini kimi
son zamanlar diqqətləri üzərinə çəkib.
O, Putinin hakimiyyətdən
getdiyi təqdirdə onu əvəz edə biləcək saylı şəxslərdən biridir.
Əzizə Zeynal
Sfera.az