“Facebook” prezident seçkilərinə görə bu hesabları silir – 9 Mayadək davam edəcək…
Media
13:03 / 07.04.2022
1799
"Meta” şirkəti
Filippində səsvermə ərəfəsində dezinformasiyaya qarşı mübarizə aparmaq üçün "Facebook”
hesablarını silir.
Sfera.az xəbər verir
ki, "Meta Platforms Inc” Filippində
keçiriləcək ümumi seçkilər ərəfəsində 400-dən çox hesab, səhifə və qrupdan ibarət
şəbəkənin fəaliyyətini dayandırıb. Şirkət buna səbəb kimi nifrət nitqi və
dezinformasiyaların yayılmasını göstərib.
Qeyd edək ki, Filippində
9 May seçkiləri üçün namizədlər və tərəfdarlar sosial mediada müraciət
etdikdə şərhlərdə yer alan nifrət şərhləri ilə bağlı narahatlıqlar artıb.
Keçən ay ölkədə
prezidentliyə namizədlər dezinformasiyanın yayılmasına görə sosial media şirkətlərinin
məsuliyyətə cəlb edilməsi zərurətini vurğulamışdılar.
Əzizə Zeynal
Sfera.az