Rusiyanın 18 bankına və 82 oliqarxına sanksiya tətbiq edildi

Rusiyanın 18 bankına və 82 oliqarxına sanksiya tətbiq edildi
Böyük Britaniya Rusiyanın ən böyük bankı olan "Sberbank”ın bütün aktivlərini dondurulması haqqında qərar qəbul edib. Qərara əsasən, aktivlərin dondurulması ilə yanaşı, Britaniya firmalarının Rusiyadakı bütün yeni xarici investisiyaları da qadağan edilib.

Sfera.az xəbər verir ki, yeni sanksiyalarda məqsəd Rusiyanın Ukraynanın Buça qəsəbəsində və digər yaşayış məntəqələrində dinc insanlara qarşı qətliamına cavab verməkdir.

Britaniya Xarici İşlər Nazirliyinin şərhinə əsasən yeni sanksiyalar paketi Rusiya iqtisadiyyatının əsas sektorlarına zərər vuracaq və Rusiyandan enerji asılılığını tədricən azaldacaq.

Qeyd edək ki, yeni sanksiyalar tətbiq edilən zaman Britaniya ABŞ-la birgə hərəkət edib. Belə ki, ABŞ və Britaniya Rusiyanın ən böyük bankı "Sberbank” və "Moskva Kredit Bankı”nın bütün aktivlərinin dondurub.

2022-ci ilin sonuna qədər Böyük Britaniya Rusiya kömür və neftindən bütün asılılığa son qoyacaq və bundan sonra mümkün qədər tez qaz idxalını dayandıracaq. Gələn həftədən etibarən Rusiyanın neft hasilatı və ixracı imkanlarını azaltmaq məqsədilə əsas neft emalı avadanlıqları və katalizatorlarının ixracı da qadağan ediləcək.
 
Bundan başqa, Rusiya üçün mühüm gəlir mənbəyi olan dəmir-polad məmulatlarının idxalına da qadağa qoyulub, sanksiya siyahısına daha 8 oliqarx əlavə edilib. Bugünkü açıqlama ilə sanksiyaya məruz qalan bankların sayı 18-ə, oliqarxların sayı isə 82-yə yüksəlib.
 
Vasif
Sfera.az




































 

OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...