Bakıda ən çox iş yeri olan rayonlar - SİYAHI

Bakıda ən çox iş yeri olan rayonlar - SİYAHI
Bakıda muzdlu (maaş alan) işçilərin yarıdan çoxu paytaxtın 3 rayonunda çalışır.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin əvvəlində paytaxtda çalışan 847,8 min işçinin 21,5 faizi (181,8 min) Nəsimi rayonunda, 19,6 faizi (162,56 min) Yasamal rayonunda, 14,86 faizi (124,2 min) Səbail rayonunda işləyib. Adıçəkilən bu 3 rayonda Bakıda cəmi işləyənlərin 56 faizi çalışıb.

Paytaxtın əhali sayına görə ən böyük rayonlarından olan Xətai və Binəqədidə isə iş yerlərinin sayı azdır. By rayonlardan Binəqədidə 56,3 min, Xətaidə 69,4 min işçi çalışıb.

Ən az iş yerləri isə Pirallahı (7,77 min), Suraxanı (19,11 min) və Qaradağ (26,6 min) rayonlarındadır.
 
Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...