Netanyahu səs çoxluğunu itirdi - “Yəhudi kimliyini zədələyə bilmərəm…”
15:41 / 06.04.2022
980
İsraildə baş nazir Naftali Bennetin yaratdığı koalisiya hökuməti bir deputatın qəfil istefa verməsindən sonra parlamentdəki səs çoxluğunu itirib.
Sfera.az xəbər verir ki, koalisiyanı dəstəkləyən radikal sağ Yaminanın üzvü İdit Silman partiyasından istefa verdiyini açıqlayıb.
Bu halda 120 yerlik İsrail parlamentində koalisiya hökumətinin tərəfdarlarının sayı 60-da qalıb.
İdit Silman verdiyi yazılı açıqlamada, "Birlik və həmrəylik və koalisiyanın uğuru üçün çox çalışdım. Lakin mən daha İsrailin yəhudi kimliyinin zədələnməsinə icazə verə bilmərəm. Bu cür düşünən tək mən deyiləm", - deyə bildirib.
İsraildə 8 partiyadan ibarət koalisiya hökuməti ötən ilin iyununda etimad səsverməsi alıb və Benyamin Netanyahunun 12 illik baş nazirlik müddəti başa çatıb.
Yerlərin sayının kritik həddə olması və bəzi məsələlərdə tərəflərin tamamilə fərqli baxışları olduğu üçün İsraildə koalisiyanın uzun müddət davam edib-etməyəcəyi bir müddətdir müzakirə edilirdi.
Əzizə Zeynal
Sfera.az