Blinkenin zəngi nəyə hesablanıb? - Vaşinqtonun Azərbaycanla bağlı yeni maraqları...

Blinkenin zəngi nəyə hesablanıb? - Vaşinqtonun Azərbaycanla bağlı yeni maraqları...
ABŞ Dövlət Katibi Blinken ötən gün ikinci dəfədir ki, Azərbaycan və Ermənistan liderlərinə zəng edib.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanın Fərrux əməliyyatı və silahlı erməni birləşmələrinə qarşı hazırlıqları Avropa İttifaqı və ABŞ-ın iki ölkə arasında danışıqlar prosesinin başlanması üçün hərəkətə keçməsinə gətirib çıxarıb. Onun sözlərinə görə, ABŞ iki ölkə arasında vasitəçi missiyasını həyata keçirir, prosesi isə Avropa İttifaqı aparır:

"ABŞ dövlət katibinin zəngi iki ölkə arasında artıq sühün əldə olunmasına və Brüssel görüşünün nəticə ilə sonlanmasına hesablanıb. ABŞ-ın Ermənistana maliyyə yardımını azaltmasını və Qarabağda etnik ermənilər üçün gələn il maliyyə yardımı ayırmamasını, məhz İrəvana qarşı təzyiq kimi xarakterizə etmək olar. Ayrılan yardımlar separatizmin inkişafına və Ermənistanın təcavüzkar siyasətinin davamına gətirir. Bu da Rusiyanın geosiyasi maraqlarına xidmət edir”.

Müsahibimiz qeyd edib ki,  Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə etnik ermənilərə maliyyə yardımı Vaşinqtonun maraqlarına cavab vermir:

"Çünki buradakı separatçılar birbaşa Moskvanın təlimatı ilə hərəkət edirlər. ABŞ da artıq Rusiyanın regiondan çəkilməsi üçün Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində maraqlıdır. Yeni geosiyasi reallıqlar bunu labüd edir. Brüssel görüşü  öncəsi Putinin tərəflərlə telefon danışığı və ABŞ dövlət katibinin iki dəfə zəngi göstərir ki, hər iki tərəf proseslərdə maraqlıdır. Amma Vaşinqtonun yanaşması real sülhə yaxındır. Ona görə də görüşə bir gün qalmış Ermənistanın real danışıqları pozmaması üçün zəng etdi. Ermənistanın növbəti dəfə prosesi pozması əleyhinə işləyəcək”.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...