Medvedev Putinin PLANInı açıqladı: "Vladivostokdan Lissabona qədər uzanan yeni imperiya qurulacaq"

Medvedev Putinin PLANInı açıqladı:
Vladimir Putinin ən böyük dəstəkçilərindən biri olan Dmitri Medvedev səs-küy yaradacaq fikirlərlə gündəmə gəlib.
 
Sfera.az bildirir ki, uzun müddətdir Rusiya liderinin müharibəni başlatma səbəbi müzakirə obyekti olub, bu istiqamətdə fərqli iddialar irəli sürülüb. Bu fonda Medvedevin son açıqlaması diqqət çəkib. Belə ki, Rusiyanın keçmiş prezidenti, hazırda isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Medvedev bəyan edib ki, Putinin məqsədi Vladivostokdan Lissabona qədər uzanan yeni Rusiya İmperiyası qurmaqdır. Onun fikrincə, Vladimir keçmiş sovet torpaqlarını əhatə edəcək və Avropaya uzanacaq yeni imperiyaya rəhbərlik etmək istəyir.
 
Medvedevin "Telegram”da paylaşdığı bu açıqlama Rusiya liderinin bütün reaksiyalara və sanksiyalara baxmayaraq, planından əl çəkmək niyyətində olmadığını ortaya qoyub. 

Sabiq prezident son açıqlamasında həmçinin, təkcə cəbhədə deyil, diplomatiya masalarında da müharibənin olacağını vurğulayıb: 

"Ən böyük məqsədlərimizdən biri ukraynalıların yanlış fikirlərlə dolu şüurunu dəyişdirməkdi. Biz hamıya, xüsusən də ukraynalılara sülh gətirəcək gələcək və son nəticədə Vladivostokdan Lissabona qədər uzanan Avrasiya qurmağı hədəfləyirik”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın 2014-cü ildən bəri Donbassda qırğın törətdiyini bildirmiş və rus xalqını bu vəziyyətdən xilas etmək üçün hərəkətə keçdiklərini açıqlamışdı.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR