Bu məhsullar ucuzlaşa bilər – Deputat AÇIQLADI

Bu məhsullar ucuzlaşa bilər – Deputat AÇIQLADI
"Nazirlər Kabineti anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların dəstəklənməsi üçün yeni tədbirləri təsdiq edib. Yeni dəstək mexanizmləri güzəştli kredit mexanizminin genişləndirilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasını özündə ehtiva edir”. 

Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Millət vəkili görülən tədbirlərin qiymət artımına qarşı olacağını vurğulayıb:
 
"Sahibkarlığın İnkişafı Fondu bu il minimum istehlak səbətinin tərkibində daxil olan əsas ərzaq məhsullarının istehsalı və aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli kreditlər təklif edəcək. Məqsəd sahibkarların əsas ərzaq məhsullarının istehsalını stimullaşdırmaq və eləcə də bu sahədə fəaliyyət göstərən iş adamlarının istehsal və satış imkanlarını dəstəkləməkdir. Aşağı faizli kreditlərin təklifi bazara daha optimal qiymətə məhsulların çıxarılması baxımdan da vacibdir.

Kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı olan digər istiqamət sahibkarların 2022-ci ildəki kreditlərinin faizlərinin bir hissəsini kompensasiya etmək məqsədi daşıyır. Bu zaman 3 milyon manatadək olan kreditlərə 1 il müddətinə subsidiya verilir. Bu subsidiya 10 faiz bəndinədək veriləcək. Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək. Burada da məqsəd maliyyə xərclərini azaltmaqla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınmasıdır”. 

Deputat yerli məhsulların bazarda daha çox yer almasının zəruriliyinə diqqət çəkib:

"Bütövlükdə, hədəf qiymət artımlarının minimumlaşdırılması ilə yanaşı, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır. Dünya və regional bazarlarda müşahidə edilən qeyri-müəyyənlik fonunda bu addımların atılması ciddi əhəmiyyət daşıyır. Hələlik dünya bazarındakı qiymət artımlarının və qıtlığın nə zamanadək davam edəcəyi bəlli deyil. Bu baxımdan, preventiv addımlar ilə yanaşı sahibkarların daha yaxından dəstəklənməsi prioritetdir”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Fuad Babayevin məhkəməsi başladı - Hansı cəza veriləcək?

"Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəş...

Ağır qəzada ölən qohumların FOTOSU

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.   Sfera.az xəbər ver...

21 yaşlı hamilə qadının ölümünə görə ginekoloq məhkəmə QARŞISINDA

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon ...

"Kızılcık Şerbeti”nin aktrisasına 5 il həbs

"Kızılcık Şerbeti” serialında "Nilay" obrazı ilə tanınan aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun qız dostunu hədələdyi üçün mə...

Bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu talayıb.   Sfera.az xəbər verir ki,...

ABŞ-İran görüşü hansı tarixdə reallaşacaq? - AÇIQLAMA

“İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların növbəti raundunun vaxtı və yeri ilə bağlı hələlik razılıq əldə olunmayıb”.   Sfera.az...