Çexiyadan Putini qəzəbləndirəcək addım: Ukraynaya çoxlu sayda tank göndərdi

Çexiyadan Putini qəzəbləndirəcək addım: Ukraynaya çoxlu sayda tank göndərdi
Çexiya Putini qəzəbləndirəcək addımı atıb.
 
Sfera.az bildirir ki, sözügedən ölkənin televiziyası Rusiya işğalına müqavimət göstərən Ukraynaya çoxlu sayda "T-72” tankı və "BVP-1” zirehli döyüş maşını göndərdiyini açıqlayıb.  

Sovet İttifaqı dövründə təxminən 50 il əvvəl istehsalına başlanan T-72 tankları hazırda Rusiya ordusunun da istifadəsindədir. "BVP-1” zirehli döyüş maşınları isə həmin dövrdə Çexoslovakiyada istehsal olunan "BMP-1”in lisenziyalı surətidir. Digər tərəfdən, işğaldan əvvəl Ukrayna ordusunda 200-ə yaxın "BVP-1” zirehli döyüş maşınının olduğu qeyd edilib.

Xatırladaq ki, Ukrayna ordusu ABŞ və digər Avropa ölkələrindən minlərlə tank və zenit-raket kompleksi alıb. Hərbi yardımda "Javelin” və "NLOW” tank əleyhinə raketlər ön plana çıxıb. ABŞ minlərlə "Javelin” raketindən əlavə, Əfqanıstanda Sovet təyyarələrini vurması ilə tanınan "Stinger” raketlərini də Ukraynaya çatdırıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR