Bu ölkədə ŞOK QƏRAR - Körpələri doğuşdan 7 gün sonrayadək öldürməyə icazə verilir

Media
18:50 / 05.04.2022
1485
Kaliforniya Qubernatoru
Gavin Nyusom hamiləliyin doqquz ayına qədər dövrdə və doğuşdan sonrakı həftələrdə
uşaqların öldürülməsini qanuniləşdirən yeni qanun layihəsi üzərində işləyir.
Əzizə Zeynal
Sfera.az
Sfera.az "Miamistandard”a
istinadən xəbər verir ki, ana
hamiləliyi ilə bağlı verəcəyi hər hansı qərarə görə
mülki və cinayət ittihamlarından qorunacaq. Bu qərara yalnız hamiləliyin
istənilən mərhələsində abort deyil, həm də "perinatal ölüm” daxildir. Perinatal
ölüm, yeni doğulmuş uşağın yeddi gün ərzində öldürülməsi kimi müəyyən
edilir.
Bununla da Kaliforniya
qanunvericiliyi, doğuşdan əvvəl və sonra körpələrin öldürülməsini qanuniləşdirir.
Parlament üzvü Buffy
Vicks (D-Berkeley) tərəfindən irəli sürülən təklif qanunvericilikdə doğulmamış və doğulmuş uşaqların öldürülməsi hüquqi akt kimi kodlaşdırılacaq və
"qadınların reproduktiv hüquqları" kimi təbliğ ediləcək.
Gavin Nyusom vəzifəyə gəldiyi
gündən abortla bağlı daha geniş hüquqların tətbiqinə və Kaliforniyanı sözdə qadın hüquqlarının müdafiəsinə əsaslanan "müqəddəs dövlət” elan etməyə çalışıb.
Kaliforniya Ailə
Şurasının prezidenti Conatan Keller isə hər kəsin bu qanun layihəsinə qarşı çıxmalı
olduğunu bildirib.
Əzizə Zeynal
Sfera.az