Xəbərdarlıq: Yadplanetlilərə mesaj göndərəcəklər – Dünyanın sonu gəlir?

Media
18:20 / 05.04.2022
1316
Məşhur ingilis fiziki
Stiven Hokinqin bütün xəbərdarlıqlarına baxmayaraq, elm dünyası tarixi addım atmağa hazırlaşır.
Sfera.az xəbər verir
ki, 2018-ci ildə 76 yaşında dünyasını dəyişən Hokinqin dəfələrlə müxtəlif
platformalarda yerdən kənar sivilizasiya ilə əlaqənin sonumuza gətirib çıxara
biləcəyi xəbərdarlığına baxmayaraq, elm dünyası bu mövzuda hərəkətə keçib.
Alimlər ilk dəfə
1974-cü ildə ötürülən məşhur Arecibo mesajının yenilənmiş versiyasını təqdim
etməyə hazırlaşırlar.
İngiltərənin "Daily
Mail” qəzetində yer alan xəbərə görə, planetimizin mövqeyini ehtiva edən radio
mesajda Dünya xəritəsi və DNT rəsmləri yer alacaq.
Bu, qalaktikada Mayak
(BITG) mesajı olaraq adlandırılan, mahiyyətcə Arecibo mesajının yenilənmiş versiyasıdır."Gliese 832c” planetində
həyatın olma ehtimalından bəhs edən Hokinq bir gün belə bir yerdən siqnallar
almağa başlaya biləcəyimizi demişdi. O, belə bir vəziyyətdə Yer kürəsinin
reaksiya verməsinin çox ağıllı addım olmayacağını da ifadə edib.
Hokinq dəfələrlə
vurğulamışdı ki, kosmosda səyahət edəcək qədər inkişaf etmiş bir
sivilizasiyanın nəticəsi "dinc” olmayacaq.
Lakin BITG layihəsində
iştirak edən Cəmilə Hah bununla razılaşmır. Hah bu layihənin faydalarının potensial risklərdən üstün olacağını deyib.
Nəzəri fizika sahəsində
"Henry Semat Professor" ünvanına sahib olan ABŞ Professoru Dr. Miçio Kaku Hokinqin
dəfələrlə iddia etdiyi kimi, yadplanetli sivilizasiyanın "dost" və ya "düşmən" olacağını bilməyin mümkün olmadığını deyib.
1974-cü ildə elm adamları Puerto Rikoda yerləşdirilmiş
Arecibo radio teleskopu ilə Yerdən kosmosa mesajlar göndərdilər. Mesajda həyat
verən kimyəvi maddələr və DNT haqqında məlumat, günəş sisteminin eskiz xəritəsi
və insanların şəkilləri var idi.
1-lərdən və 0-lardan ibarət mesaj 25 min il işıq uzaqğlığına, yüz minlərlə uluduzun yerləşdiyi Messier13-ə göndərilib.
Əzizə Zeynal
Sfera.az