Oğlu Səda Sayana şərt qoyubmuş - Toyda iştirak etməyəcək

Media
16:00 / 05.04.2022
764
Yeddinci dəfə nikah masasına oturmağa hazırlaşan türkiyəli müğənni Seda Sayana oğlu Oğulcan Engindən reaksiya gəlib.
Sfera.az bildirir ki, iddiaya görə, Oğulcan anasının müğənni Çağlar Öktenlə evlənməyini istəmir. Məlumata əsasən, Oğulcan anasının xoşbəxtliyini istəsə də, ilk vaxtlar evlilik qərarına sərt reaksiya verib. Onun Seda Sayana şərt qoyduğu da bəlli olub. Oğulcan anasına "sakitcə evlən", - deyib.
31 yaşlı Enginin mayın 7-də Praqada keçiriləcək toyda iştirak etməyəcəyi bildirilir. Bu özəl gündə oğlunu yanında görmək istəyən Seda Sayan nə etsə də, Oğulcanı razı sala bilməyib.
Qeyd edək ki, məşhur adlarla sevgili olan Oğulcan Engin ötən il anasına bu barədə mətbuata danışmağı qadağan etmişdi. O, münasibətlərini ictimaiyyətdən uzaq yaşamağa üstünlük verdiyi üçün bu barədə anasına xəbərdarlıq etmişdi.
Türkan
Sfera.az