Rusiyalı oliqarx işçilərinin maaşını ödəmək üçün borc axtarır

Rusiyalı oliqarx işçilərinin maaşını ödəmək üçün borc axtarır
Rusiyalı oliqarx Roman Abramoviçin işçilərinin maaşlarını ödəmək üçün ABŞ-dakı dostlarından bir milyon dollar kredit istədiyi iddia edilib.
 
Sfera.az bildirir ki, bu barədə ABŞ-da yerləşən "New York Post” qəzeti məlumat yayıb. 

Rusiya-Ukrayna müharibəsinə görə Qərb dövlətlərinin rus oliqarxlarına tətbiq etdiyi iqtisadi sanksiyalar çərçivəsində aktivləri dondurulan iş adamının Hollivud və Uoll Stritdəki dostlarından borc götürmək istədiyi irəli sürülüb.

Naməlum mənbəyə əsaslanan xəbərdə rus oliqarxın məşhur rejissor və prodüser Brett Ratner və Rotşild ailəsi başda olmaqla, bir çox dostları ilə əlaqə saxladığı bildirilib.  Həmçinin sözügedən şəxslərin Abramoviçə pul vermədiyi də iddialar sırasında yer alıb.

Qeyd edək ki, Abramoviçin işçilərinə həftədə ümumilikdə 750 min dollar maaş verdiyi haqqında məlumatlar var.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR