"Oscar" gecəsindəki olayla bağlı iddialar bitmək bilmir: "Şillə yox, yumruq vurardım"

Media
15:18 / 05.04.2022
825
Bir müddətdir gündəmdən düşməyən aktyor Uill Smitlə bağlı daha bir iddia irəli sürülüb.
Sfera.az bildirir ki, keçmiş amerikalı güləşçi Rik Fleyr Mayk Taysonun podkastında verdiyi açıqlamada "Oscar”dakı şillə hadisəsinin göründüyü kimi olmadığını deyib. O, şillənin saxta olduğunu bildirib və fikirlərini bu cür izah edib:
"Əgər kiminsə həyat yoldaşım haqqında danışması məni narahat etsəydi, ona şillə yox, yumruq vurardım”.
Xatırladaq ki, "Oskar” mərasimi zamanı komediya ustası Uill Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin xəstəlik səbəbilə itirdiyi saçları ilə bağlı zarafat edib. Smit oturduğu yerdən qalxaraq səhnəyə gedib və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb və oradan Roka söyüş söyüb. Bu zaman verilişin səsi kəsilib.
Türkan
Sfera.az