Savaşdan qaçan ukraynalı qadınlara əxlaqsız təkliflər edənlər kimlərdir? - "Facebook" araşdırma başlatdı

Savaşdan qaçan ukraynalı qadınlara əxlaqsız təkliflər edənlər kimlərdir? -
Ukraynalı qadınlar onlara gələn mesajlardan narazılıq ediblər.
 
Sfera.az bildirir ki, bu barədə İngiltərənin "The Times” qəzetinə  savaşdan qaçan qadınlar açıqlama verib. Onlar sığınmaq və qalmağa bir otaq və ya ev tapmaq istədiklərini, lakin "qorxunc” mesajlarla qarşılaşdıqlarını deyiblər. 

"Facebook”da qaçqınlar üçün yaradılmış qruplara yardım və istək çağırışları göndərən qadınların kişilərdən təhqiredici və seksual xarakterli mesajlar aldıqları açıqlanıb. Adlarını açıqlamayan qadınlar "Bir çox kişilər bizə sms-lərlə sataşdılar, fahişə dedilər, təhqir etdilər”, deyə bildiriblər. 

Qəzetə danışan başqa bir qadın isə bildirib ki, kömək çağırışından sonra bir çox kişi ona çılpaq fotolarını göndərib. Daha bir qadın Londonda yaşayan bir mühəndisin ona "Mən subayam və tək yaşayıram, sən haradasan? Bizə köç", - dediyini söyləyib.

Məlum olub ki, ukraynalı qadınlar İngiltərədə yaşamaq üçün təmizlik işləri ilə məşğul olanlar üçün yaradılmış "Facebook” qruplarına daxil olublar, lakin orada da hücuma məruz qalıblar. "Facebook” isə qadınların iddialarından sonra araşdırma başlandığını açıqlayıb. Britaniyanın pul müqabilində ukraynalı qaçqınlara könüllü olaraq qapılarını açmaq layihəsinin də araşdırıldığı bildirilib.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR