Bu ölkə Xocalı qətliamını rəsmən tanıdı

Media
14:22 / 05.04.2022
972
Kanada
Xocalı qətliamını rəsmən tanıyıb.
Sfera.az xəbər verir ki, bu barədə "Neuron Technologies" şirkətinin rəhbəri, Kanadada yaşayan Azərbaycan icmasının nümayəndəsi İsmayıl Ələkbərov öz "Facebook" səhifəsində paylaşıb.
Bu, bütün Azərbaycan xalqının uğuru və Xocalı qurbanlarının ruhuna ehtiramdır. Pərdəönü və pərdəarxası böyük uğurlu lobbiçilik bax budur. İcma quruculuğu, vahid diaspora formalaşdırılması bax budur. Kanada Azərbaycanlılarının bir platformada birləşərək iradəsini sistemli şəkildə ortaya qoymasının nəticəsi bax budur!
Kanadada vahid diaspora təşkilatımız olan NAC-a, şəxsən Anar Cahangirliyə, idarə heyətinin hər bir üzvünə, NAC-ın çoxminlik üzvlərinə təşəkkür edirəm, bu işin altına əlini qoyan Kanadada yaşayan həmvətənlərimin kiçiyindən böyüyünə qədər hər birinin qarşısında baş əyirəm!
Dəyərlilərim mənim, biz bununla işimizi bitirməməliyik, növbəti hədəfimiz Ermənistan dövlətindən bu qətliama görə üzr istənilməsinə və Azərbaycana təzminat ödənilməsinə nail olmaqdır. Allahdan Xocalıda qətlə yetirilmiş soydaşlarıma rəhmət diləyirəm”, – paylaşımda qeyd olunub.
Turan Rzayev

"Xalqımıza Kanadadan gözəl bir müjdəm
var. Öz təqdimatında Kanada Parlamenti
tarixində ilk dəfə olaraq, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı etnik
təmizləmə aparıldığı dilə gətirildi. Dünən isə uzun müddət gözlədiyimiz gün gəlib
çıxdı. Kanada Xarici İşlər Nazirliyi bu petisiyamızla bağlı rəsmi sənəd qəbul
edərək, Xocalı qətliamını insanlıq tarixinin dəhşətli faciəsi olaraq tanıdı.
Kanada dövləti Xocalı faciəsini rəsmən qətliam olaraq tanıdı. Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) təşəbbüsü və lobbiçiliyi ilə Parlamentə təqdim edilmiş petisiyanı Kanadada yaşayan minlərlə soydaşımız və yerli kanadalılar imzaladı. Millət vəkili Mişel Koper bu prosesə sponsorluq etdi, çox sağ olsun.