Aşqabad və Dehli Azərbaycanın təcrübəsindən faydalana bilər... – Şərh

Aşqabad və Dehli Azərbaycanın təcrübəsindən faydalana bilər... – Şərh
"Türkmənistanın yeni prezidenti Sərdar Berdiməhəmmədov dövlət başçısı seçildikdən sonra Aşqabadda ilk rəsmi qonağını Hindistanın Prezidenti Ram Nat Kovindi qəbul edib”.

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Dehlinin Mərkəzi Asiya ölkələrinə marağı artıb:

"Bu mənada Ram Nat Kovind Türkmənistanı Hindistan üçün vacib tərəfdaş adlandırıb. Prezidentlər Aşqabadda 4 memorandum imzalayıblar. Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir və bu məsələdə müxtəlif dövlətlərin dəstəyinə ümidlidir. Sərdar Berdiməhəmmədov bu məsələdə hindli həmkarına dəstək vədi verib.

Türkmənistan illərdir neytral xarici siyasət həyata keçirir. Bu Hindistanın da maraqlarına uyğundur. Çünki ətraf ölkələr Çinlə əməkdaşlıqlarını strateji səviyyəyə qaldırdıqda bu Dehlinin narahatlığına səbəb olur. Dehlidə hesab edirlər ki, Pekin qonşu ölkələrlə strateji əməkdaşlıqdan Hindistana qarşı istifadə edə bilər. Sadəcə, problem ondadır ki, Çin Mərkəzi Asiya ölkələrinə gərəkli yatırımlar və ortaq layihələr təklif edir. Hindistan bu sahədə Çindən geri qalır. Ancaq Dehli son illər Pekindən bu geriləməni azaltmağa çalışır. Misal üçün, Aşqabadda İran üzərindən Türkmənbaşı (Türkmənistan) – Çabahar (Hindistan) limanları arasında əlaqənin qurulması və bu istiqamətdə ticarətin artırılması yolları müzakirə olunub. Hindistan şimal-cənub layihəsinə qoşularaq Türkmənbaşı limanından istifadə etməyi planlaşdırır”.

Politoloqun sözlərinə görə, Aşqabadda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xəttinin tikintisi də müzakirə olunub:

"İqtisadiyyatı böyüyən Hindistanın əlavə qaza ehtiyacı var. Bu boru xətti tikillərsə, Türkmənistan Rusiya və Çinlə yanaşı, Hindistana da birbaşa qaz nəql edə biləcək. Bu boru xəttinin istifadəyə verilməsinin bölgədə gərginliyin azalmasına da müsbət təsiri olacaq. Əfqanıstan tranzit ölkəyə çevrilməklə boru xəttindən gərəkli maliyyə əldə edəcək, Pakistanla Hindistan arasındakı münasibətlərdə əməkdaşlıq artacaq.

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xətti ilə ildə 33 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. Boru xətti Əfqanıstanın Gerat və Kandahar, Pakistanın Kvetti və Multan şəhərlərindən keçərək Hindistanın Fazilka şəhərinə qədər uzanacaq. Türkmənistan öz ərazisində lazımi çalışmaları yekunlaşdırıb Əfqanıstan ərazisində ləngimə var. Hindistan prezidenti boru xətti ilə bağlı texniki məsələlərin ekspertlər səviyyəsində müzakirəsini təklif edib. Əslində bu məsələdə Azərbaycanın təcrübəsindən istifadə oluna bilər”.

E. Şahinoğlu bildirib ki, rəsmi Bakı Avropaya uzanan TAP boru xətti ilə bağlı bir neçə il əvvəl Cənub Qaz Dəhlizi Məşvərət Şurasını təsis etdi:

"Boru xəttinin tikintisi və ondan sonrakı dövrdə hər il Bakıda boru xəttinin keçdiyi ölkələrin enerji nazirləri bir araya gələrək qazın nəqli ilə bağlı məsələləri, o cümlədən nəqlin artırılması imkanlarını müzakirə etdilər. Bu ilin fevralın 22-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xətti çərçivəsində də boru xəttinin keçdiyi ölkələrin oxşar Məşvərət Şurasının yaradılmasına ehtiyac var. Bu, boru xəttinin keçdiyi ölkələr arasında siyasi dialoqun inkişafına da təkan verərdi”.

Turan Rzayev
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katib...

Prezident “Euronews”a müsahibə verib - Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.   Sfera.az xəbər ...

Bunu etsəniz, 6 min manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

"İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub". &n...